Fevralın 24-də Salyan rayonunda fəaliyyət göstərən yerli vətəndaş cəmiyyəti və müxalifət partiyalarını təmsil edən 50-yə yaxın adam Əli bəy Hüseynzadənin abidəsi önünə toplaşıb. Toplaşanlar Əli bəy Hüseynzadənin abidəsi önünə gül dəstəsi qoyub. Bu haqda AzadlıqRadiosuna Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Ədib, filosof və ədəbiyyat tənqidçisi olan Əli bəy Hüseynzadə 1864-cü il fevralın 24-də Salyanda anadan olub. Salyan Əli bəy Hüseynzadənin heykəli olan yeganə Azərbaycan rayonudur. Heykəl 1993-cü ildə AXCP hakimiyyəti dövründə icra hakimiyyətinin binası qarşısında ucaldılıb. Əli bəy Hüseynzadə XX əsr Azərbaycan-türk ictimai fikrinin nümayəndələrindən biridir. O, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində xidmətləri olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?