Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Siyəzənin Ağbaş kəndi ərazisində qeydə alınıb. 53 BA 949 "Suzuki" markalı maşın piyada 1982-ci il təvəllüdlü Həsənov Tural Turab oğlunu vurub. Ağır bədən xəsarətləri alan piyada Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu və əməliyyat olunduğu bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?