Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 20.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Viravul kənindən keçən hissəsində qeydə alınıb.
Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan avtomobil yolu keçmək istəyən piyadanı vuraraq ona ağır bədən xəsarətləri yetirib. Piyada dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?