GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “DİKTƏYƏ TABE OLMAYIN, MÜQAVİMƏT GÖSTƏRİN” – Mirşahindən çağırış

“DİKTƏYƏ TABE OLMAYIN, MÜQAVİMƏT GÖSTƏRİN” – Mirşahindən çağırış

Tarix: 10-02-2017, 11:39 Bölmə :Ölkə Baxış: 300
“DİKTƏYƏ TABE OLMAYIN, MÜQAVİMƏT GÖSTƏRİN” – Mirşahindən çağırış

Fəaliyyəti dayandırılmış ANS telekanalının vitse-prezidenti Mirşahin Ağayev keçmiş əməkdaşlarına çağırış edib.
O, ANS-dən gedənlərə işlədikləri yerlərdə ANS ənənələrini qorumağı məsləhət görüb:“ANS dən gedənlər, mən Sizdən getdiyiniz yerləri ANS-ləşdirəcəyinizi gözləyirəm, onlarlaşacağınızı yox! Müqavimət göstərin, diktorlaşıb diqtəyə tabe olmayın, aparıcı olun, aparın!”.

“DİKTƏYƏ TABE OLMAYIN, MÜQAVİMƏT GÖSTƏRİN” – Mirşahindən çağırış
İlqar Fərmanlı

«2 AYDA 80 NƏFƏRİ ŞƏRLƏDİLƏR»
Bərdə polisindən şikayət
Lider televiziyasının Qarabağ bölgəsi üzrə operatoru vəzifəsində çalışmış, ötən il TV ilə yollarını ayıran İlqar Fərmanlının qardaşı, 2-ci qrup əlil Azər Fərmanlı polis tərəfindən işgəncələrə məruz qalıb.
Bu barədə KİV nümayəndələrinə İ.Fərmanlı məlumat verib. O bildirib ki, hadisə ötən il, sentyabrın 14-də Bərdə rayonunda baş verib. Operatorun sözlərinə görə, Bərdə polisi Azər Fərmanlını narkotik maddələrdən istifadə etmə, daşıma, saxlama ittihamları ilə saxlayıb: “Məsələni araşdırmaq üçün polis bölməsinə getdim. Emin və Rəşad adlı polis əməkdaşları və özünü rəisin köməkçisi kimi təqdim edən Elnur adlı şəxs məni qarşıladı. Bildirdilər ki, qardaşım Azər və onun dostunu gecə saxlayıblar, avtomobilində axtarış aparıblar və guya, narkotik maddələr aşkar ediblər. Bu səbəbdən də tutaraq polis bölməsinə aparıblar. Mənə dedilər ki, Azər Fərmanlıyla bağlı cinayət işi açılacaq”.
“2 saata 2000 manat verməsən, həbs edəcəyik”

Keçmiş TV əməkdaşının iddiasına görə, polis əməkdaşları ondan cinayət işinin açılmaması üçün rüşvət tələb ediblər: “Cinayət işininin açılamaması üçün məndən 5000 manat pul tələb etdilər. Həmin polis əməkdaşları mənim adımı, kimliyimi, nə işlə məşğul olduğumu bilirdilər. Özləri də dedilər ki, sən bizneslə məşğul olursan, səni yaxşı tanıyırıq. “Əgər pulu verməsən qardaşının üzünə adam durğuzub, həbs etdirəcəyik” deyəndən sonra qorxuya düşdüm. Mənə 2 saat vaxt verdilər. Naəlac qalıb pulu tapmaq qərarına gəldim. Amma yalnız 2000 manat verə biləcəyimi dedim. Rəisin köməkçisi olduğunu deyən mülki geyimli Elnur adlı şəxs “rəis” deyə müraciət etdiyi kimləsə telefonla danışdı. Onun razılığını alandan sonra 2000 manata razılaşdığını bildirdi”.

“DİKTƏYƏ TABE OLMAYIN, MÜQAVİMƏT GÖSTƏRİN” – Mirşahindən çağırış
Azər Fərmanlı

“Univermaq”da verilən rüşvət

İlqar Fərmanlı qardaşını xilas etmək üçün 2000 manatı gecəylə Elnura verib: “Pulu “Univermaq” adlanan yerdə görüşüb, Elnurun özünə təhvil verdim. Mənə söz verdi ki, Azəri səhər buraxacaqlar”.

“Rəisə yemək-içmək al!”

15.09.2016 tarixində qardaşını bölmədən azad etməyə gedən İ. Fərmanlı polis şöbəsinin qarşısında bir neçə saat gözlədilib. Daha sonra isə ondan rəisə yemək-içmək almağını tələb ediblər: “Onlardan asılı idim deyə, nə dedilər, elədim. Günortaya kimi mənə müxtəlif tapşırıqlar verirdilər, mən də hamısını edirdim. Günorta gördüm, qardaşımı buraxmaq fikirləri yoxdur, səs-küy saldım, sonar Azəri azad etdilər. Azər and-aman etdi ki, onun narkotiklə heç bir əlaqəsi yoxdur”.
“Təhlükəsizlik kamerası olmayan yerdə təpikləyiblər”

“DİKTƏYƏ TABE OLMAYIN, MÜQAVİMƏT GÖSTƏRİN” – Mirşahindən çağırış

Azər Fərmanlının, qardaşına söylədiklərinə görə, onu bölməyə aparmaqlarına səbəb PPX əməkdaşlarına sənəd verməkdən imtina etməsi olub: “Qardaşım deyir ki, gecə onu PPX əməkdaşları saxlayıb, sənəd istəyiblər. Azər də onların sənəd istəməyə hüquqlarının olmadığını deyib. Polislər onu təhqir etməyə başlayıb və tutub bölməyə aparıblar. Pilləkanla qalxanda kameralar olmayan yerdə, yumruq, təpik vurmağa başlayıblar. Daha sonra otaqda zərbələr endirməyə başlayıblar. Azər də əlil adamdır. Zərbələrə dözməyib, həyatını itirə bilərdi. Daha sonra polislər onu narkotiklə şərləyəcəklərini deyiblər”.
“Son 2-3 ayda 80 nəfəri şərləyiblər”

Qardaşının şərləndiyinə əmin olandan sonra İ. Fərmanlı Elnur adlı polis əməkdaşından pulunu geri tələb etməyə başlayıb: “O, əvvəlcə pulu qaytaracağını dedi. Lakin sonra telefonla danışanda pulu geri qaytaracağı təqdirdə mənə və ailə üzvlərimə problem yaradacağını bildirdi. Onun hər bir əclaflıq edəcəyini düşünüb Elnurun səsini yazdım. O səs yazıları məndə indi də var. Prokurorluğa da təqdim etmişəm. Əvvəlcə şikayət etmək istəmirdim. Lakin eşitdim ki, son 2-3 ayda rayonda 80-dən çox adamı şərləyib, qanunsuz olaraq pullarını alıblar. Hətta məhkəmənin hakimləri də onların əlindən beziblər. Bir neçə dəfə onların saxladıqları adamları həbs belə etməyiblər. Buna cavab olaraq da polislər hakimlərin maşınlarını cərimə meydançasına aparıblar”.

Generalın qəbulu

Fərmanlı qardaşları və polis əməkdaşlarındən şikayətçi olan digər bir Bərdə sakini Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, general Sahib Mirzəyevin qəbulunda olub: “Səs yazılarını da generala təqdim elədik. Dinlədi. Dedi, belə qanunsuzluq olmaz. Araşdırılması üçün tapşırıq verdi. Amma üstündən aylar keçib, hələ də bir səs-səda yoxdur”.

“Rəisin köməkçisi” kimi təqdim olunan Elnur əslində, kimdir?

İlqar Fərmanlı bildirir ki, sonradan qardaşı həbs olunan gün mülki geyimdə ondan rüşvət almağa gələn Elnur adlı şəxsin polis orqanlarına heç bir aidiyyətinin olmadığını öyrənib: “Sonradan bildik ki, Elnurun polisə heç bir aidiyyəti yoxdur. O, sadəcə rəisin “qara kassir”idir. Oturur maşınlara, gedirlər yolda kimisə saxlayırlar, provakativ bir şey edib, tutub bölməyə aparırlar”.
Məsələ ilə bağlıBakiPost.az-ın əməkdaşı Elnurla əlaqə saxlayıb. O, ittihamları qəbul etməyib və ümumiyyətlə bu məsələlərdən xəbərsiz olduğunu bildirib.
“İlqar Fərmanlı adlı Bərdə sakini sizdən Prezidentə şikayət edib, xəbəriniz varmı” sualına “Nə yazıb ki?”, - deməklə məsələdən xəbərdar olduğunu göstərsə də, sonradan “səhvini” düzəldib: “Nə Bərdə, nə polis, nə rəis? Mən Lənkəranda yaşayıram, talışam. Bərdəyə heç bir aidiyyətim yoxdur”.
İlqar Fərmanlı məsələ ilə bağlı prezident İlham Əliyevə, anası Naibə Nəbiyeva isə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Meriban Əliyevaya müraciət ünvanlayıb.
Onlar Bərdə rayonunda əhalinin sakit yaşayışına maneçilik törədən polis əməkdaşlarının cəzalandırılması və işdən azad olunması üçün lazımi orqanlara göstərişlər verilməsini xahiş ediblər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçin Əlibəylinin dələduzluğuna ANS-dən reaksiya

    Elçin Əlibəylinin dələduzluğuna ANS-dən reaksiya ...

    11-12-2013, 13:30

  • 
  • Mirşahindən Xoşqədəm xəbərinə reaksiya - "O adamın var-yoxunu..."

    Mirşahindən Xoşqədəm xəbərinə reaksiya - "O ...

    15-04-2015, 22:28

  • 
  • Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü yandırdı

    Bərdə sakini İcra Hakimiyyətinin qarşısında özünü ...

    29-01-2014, 12:15

  • 
  • ANS-i BAĞLAYIRLAR. LİSENZİYA VERİLMİR

    ANS-i BAĞLAYIRLAR. LİSENZİYA VERİLMİR ...

    12-08-2013, 17:45

  • 
  • ANS Televiziyasının yayımı dayandırılıb

    ANS Televiziyasının yayımı dayandırılıb ...

    19-07-2016, 13:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu