Milli Televiziya və Radio Yayım Şurası ANS telekanalına lisenziya verməkdən imtina edib. Telekanal rəhbərliyinin 3 aydır ki, MTRŞ-ya müraciətləri cavabsız qalıb. Məlumatda o da qeyd olunur ki, telekanalın lisenziyasının süründürməçiliklə üzləşməsi siyasi səbəblərlə bağlıdır. Belə ki, hakimiyyət seçki ərəfəsində ANS-i nəzarətdə saxlamaq üçün lisenziyanın verilməsini də yubadır. ANS teleşirkətinin vitse-prezidenti Mirşahin Ağayev də açıqlamasında telekanalın lisenziya müddətinin başa çatdığını etiraf edib. Bununla belə o bildirib ki, MTRŞ telekanala yeni rəqəmsal yayımla bağlı bir sıra tövsiyyələr verib və hazırda onun üzərində iş gedir: “Ona görə də əvvəlki lisenziya qüvvədə hesab olunur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?