GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Maqnit” mağazalar şəbəkəsi ifşa edildi: ŞOK OLAY

“Maqnit” mağazalar şəbəkəsi ifşa edildi: ŞOK OLAY

Tarix: 10-02-2017, 11:47 Bölmə :Ölkə Baxış: 405
“Maqnit” mağazalar şəbəkəsi ifşa edildi: ŞOK OLAY

“Gəncə şəhər Kəpəz məhkəməsinin hakimi Nuru Quliyev ədalətsiz qərar qəbul etdi”

Gəncənin Yeni Qəsəbə bina 11, mənzil 1-də müvəqqəti yaşayan sakin redaksiyamıza məktub göndərib. Məmmədov İlham Yadigar oğlu redaksiyamıza yolladığı müraciətdə ədliyyə naziri Fikrət Məmmədova üz tutub.

O, Gəncənin Kəpəz rayon məhkəməsində iddia qaldırıb və cavabdeh Avdiyev İlqar Bayram oğlu ilə çəkişir. İddiaçı “Maqnit” mağazasını məhkəməyə verib.

Vətəndaşın müraciətini “Gündəm Xəbər”in oxucularına təqdim edirik: “Gəncə şəhər Kəpəz məhkəməsinin hakimi Nuru Quliyev ədalətsiz qərar qəbul etdi. Belə görünür ki, hakim müstəqil olaraq qərar qəbul edə bilmir. Ona görə ki, “Maqnit” mağazalar şəbəkəsinin rəhbərliyinin təziyiqi ilə rastlaşıb.

Mən aşağıdakı məzmunda Gəncə şəhər Kəpəz rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdim. İşə Hakim Nuru Quliyevin icraatındadır. Nuru Quliyev 19 dekabr 2016-cı il tarixdə 26 yanvar 2017 -ci il və 7 fevral 2017-ci il tarixdə cavabdehin nümayəndəsinin iştirakı ilə baxımasına baxmayaraq bugün yəni 07 fevral 2017-ci il tarixdə məhkəmə zalında elan etdi ki, işə aidiyyatı üzrə cavabdehin yaşadığı Yasamal rayon məhkəməsinin baxması ilə bağlı qərardad qəbul etdi.

Hakimin qərardatı ədalətsizdir. Ona görə ki, Maqnit mağaza şəbəkəsinin Gəncə şəhərində Kəpəz rayon filalında fəaliyyət göstərən mağazadan mən kondisioner alaraq alqı-satqı müqaviləsi bağlamışdıq.

Belə olan halda cavabdehin etibarnamə üzrə qanunu nümayəndəsinin iştirakı ilə keçirilən məhkəmə prosesində cavabdehin nümayəndəsinin heç bir irad və təklifi olmadığı halda məhkəmənin iddiyaya baxılması üçün aidiyyəti üzrə cavabdehun yaşadığı Yasamal rayonuna göndərilməsi barədəki qərarı qanunsuzdur.

Beləki alqı-satqı müqaviləsi gəncə şəhərində fəailiyyət göstərən maqnit mağazasında bağlanmışdır. Xahiş edirəm Hakimin ədalətsiz qərəzli qərar qəbul etdiyinə görə qanuna müvafiq tədbir görülməsi üçün göstəriş verəsiniz.

“Mən dəfələrlə polis şöbəsinə və Gəncə şəhər prokurorlıuğuna ərizə ilə müraciət etsəm də 3 ay müddətində heç bir rəsmi və şifahi cavab almamışam.

Belə görünür ki, “Maqnit” mağazasının güclü havadarlarının dəstəyi nəticəsində mənə müsbət cavab verilmir. Odur ki, Sizdən xahiş edirəm ki, aşağıdakı göstərdiklərimi nəzərə alıb mağaza əməkdaşlarının əməllərində dələduzluq hərəkətlərinin olduğunu məhkəmə istintaq zamanı aşkar edib istintaq orqanıan göndərilməsi barədə qərar qəbul etmnəyinizi də xahiş edirəm. Mən öz pozulmuş hüquqularımın bərpasını yalnız məhkəmədə gördüyüm üçün məhkəməyə müraciət etdim.

Məlum edirəm ki Kəpəz RPŞ-nə ərizə ilə müraciət etmişdim ki, Gəncə şəhərində Dəmir yolu vağzalının qarşısında fəaliyyət göstərən “Maqnit” mağazasının məkdaşları tərəfindən aldadılaraq dəyər qiymətindən 2 dəfədən çox qiymətə Zanussi markalı kondinsioner hüquqi əsası olmayan alqı-satqı müqaviləsi ilə dırnaqarası müqavilədə göstərilən 1935 manat və digər xərcim 110 manat cəmi 2045 manata şişirdilmiş qiymətə verilməsi halları araşdırılıb qanuni qaraşdırılma aparılsın.

Ancaq RPŞ-si işi təhqiqat və ya istintaq orqanına vermək əvəzinə sahə müvəkkilinə tapşıraraq bir çox qaranlıq məqamları ört-bastır etmişdirlər.

Belə ki, müqavilədə kondinsionerin hara istehsalı olması və hansı gücə malik olması göstərilməməklə bərabər şişirdilmiş qiymətlə İtaliya brendi adı ilə Kitay(Çin) istehsalı olan 100 kv adı ilə mənə 60 kv-lıq kondinsioner sataraq kassa çeki vermədən mənim istehlakçı hüququmu pozmaqla bərabər əsassız müqavilə ilə öz dələduz hərəkətlərini ört-bast etmişdilər.

Mən dəfələrlə onlara bildirəndə ki, siz məni aldatmısınız, onlardan heç bir cavab ala bilmirdim. Mən tanımadığım müqavilədə göstərilən sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Avdiyev İlqar Bayram oğlunun izahatı alınmalı idi ki, sözügedən kondinsioner hansı illərdə gömrükdən hansı qiymətlə Azərbaycana daxil olub və nə üçün müqavilədə dəyər qiyməti göstərilməyib . Sahə müvəkkili tərəfindən işin araşdırılması üçün zəruri olan sorğular və izahatlar alınıb materiala əlavə olunmamışdır.

Şikayət verdiyim şəxslərin azahatları ilə mənim izahatım arasında kəskin ziddiyətlər olsada bilərəkdən iş istintaq orqanına göndərilməyib ki, bizlər arasında üzləşdirmə keçirilməklə tərəflər öz iddia və tələblərini sözlə yox qanuni sənədlərlə sübuta yetirsinlər.

Sözügedən mağaza tərəfindən onlarla mənim kimi şəxslərin istehlakçı hüquqları dələduzluq yolu ilə pozulmuşdur. İstintaq tərəfindən sözügedən Maqnit mağazasına işləyən şəxslərin hansı əsaslarla işləməsi işçi ilə işəgötürən arasında Əmək müqaviləsinin və ya başqa müqavilənin olub-olmaması, işçilər Əmək Məcəlləsinin tələblərinə uyğun işə götürülmüşdirsə Əmək Müqaviləsinin bağlanıb bağlanmaması araşdırılmalı, bu işdə təqsirkar olan şəxslərin məsuliyyəti müəyyənləşdirilərək müvafiq məsuliyyətə cəlb olunmalıdırlar”.

“İşçilərin gördükləri işlərin, hüquq və vəzifələrinin hansı qaydada rəsmiləşdirilməsi, Əmək rejiminin hansı qaydada və hansı müddətdə müəyyənləşdirilməsi, əmək haqqının hansı qaydada hesablanması, əmək haqqı hesablanarkən, verilərkən, Əmək haqqından tutulmalar aparılarkən, eləcədə mağazaya daxil olan malların dəyər qiyməti fakturada (qaimədə) hansı qiymətə olması, mağazadakı malların daşınma haqqı, maqazin güzəştləri ilə birlikdə malın dəyər qiymətinin maksimum satış qiymətinin 10-15 faiz civarında olması “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilib edilməməsi müəyyənləşdirilməlidir.

Müqavilədə Zanussi ZACS 18 HPR göstərilsədə dələduzluq aşkar edən fakt odur ki, göstərilməli idi ki, ZANUSSİ ZACS 18 HPR/A 15 N 1(60 KV), eləcədə buraxılış tarixi, hara istehsalı olması bilərəkdən göstərilməyib ki, dələduz hərəkətlərini qondarma müqavilə ilə ört bastr etsinlər.

Xahiş edirəm son bir ildə maqaza tərəfindən mənim kimi aldadılmış şəxslərin müqavilələrdə araşdırılsın. Məlum olacaq ki, həqiqətən sözügedən maqazində dələduzluqla istehlakçıların hüquqları pozulmaqla vətəndaşların qanunla qorunan hüququna xələl gətirirlər.

Mən İnternetdə axtarıb tapmışam və digər kondinsioner satan maqazalarla əlaqə saxlamışam mənə məlum olub ki, həqiqətən mən saxna müqavilə ilə aldadılmışam.

Bir daha xahiş edirəm Qanuna müvafiq araşdırılma aparılması üçün Kəpəz RPŞ-dən materialı tələb edib istintaq orqanına araşdırılmasına göstəriş verəsiniz ki, qrup şəkilində iş birliyi yaradaraq aldatma yolu ilə vətəndaşların qanunla qorunan hüquqlarını pozan maqaza əməkdaşları qanun qarşısında cavab versinlər.

Onların dələduz əməllərin qanun aşkar edib öz sözün deyəcək. Mən kondinsionerə dəyər qiymətindən artıq 812 manat pul ödəmişəm.

Yuxarıda şərh olunanları və Azərbaycan Respubliaksı Qanununun tələblərini rəhbər tutaraq 26.04.2016-cı ildə “Maqnit” mağazası tərəfindən bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarasınız və mağaza əməkdaşlarının dələduz əməllərinin aşkar olunub istintaq orqanlarına göndərilməsi üçün xüsusi qərardad qəbul edəsiniz”. Qarşı tərəfi dinləməyə hazırıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror Şirin Cəfəriyə 5 il həbs cəzası istədi

    Prokuror Şirin Cəfəriyə 5 il həbs cəzası istədi ...

    3-02-2016, 20:10

  • 
  • “Maqnit” mağazalar şəbəkəsində rəzalət:- “Məzələnirsiniz? Tərtər işğal olunub, axı”

    “Maqnit” mağazalar şəbəkəsində rəzalət:- ...

    28-04-2016, 16:22

  • 
  • Şirin Cəfərinin məhkəmə prosesi davam edir

    Şirin Cəfərinin məhkəmə prosesi davam edir ...

    15-01-2016, 12:29

  • 
  • Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir

    Bu gün «Gündəm xəbər»in təsisçsinin məhkəməsidir ...

    26-11-2013, 00:02

  • 
  • Gəncədə saxta şəxsiyyət vəsiqəsi alma faktının üstü açılıb

    Gəncədə saxta şəxsiyyət vəsiqəsi alma faktının ...

    12-11-2013, 14:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu