2016-cı ildə korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verdiklərinə görə altı hakimin səlahiyyətlərinə xitam verilib. Bu barədə fevralın dünən Məhkəmə Hüquq Şurasının toplantısında bildirilib. Toplantı ilə bağlı Şuranın saytında məlumat yayılıb. Məlumatda qeyd edilir ki, 12 hakim intizam məsuliyyətinə cəlb olunub. Onlardan iki nəfərin tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilib. “Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mahir Niftəliyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi qərara alınıb, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafariyə töhmət verilib” - məlumatda bildirilir. Açıqlamada qeyd edilir ki, Sumqayıt Apellyasiya Məhkəmənin digər hakimləri Elman Rəhimov və Lətifə Məmmədovaya, Bakı Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Vəliyevə, Masallı Rayon Məhkəməsinin hakimi Anar Alməmmədova və İmişli Rayon Məhkəməsinin hakimi Ülvi Qənbərova da irad tutulub. Korrupsiya şərait yaratmaqda və başqa qanun pozuntularında günahlandırılan hakimlərdən Məhkəmə Hüquq Şurasının bu açıqlamasına, hələlik, münasibət almaq mümkün olmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?