Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda son illər həyata keçirilən mütərəqqi məhkəmə islahatının ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərdiyi, bir çox nöqsan və neqativ halların qarşısının qətiyyətlə alındığı bildirilib. Qeyd edilib ki, hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə, kobud qanun pozuntularına, habelə korrupsiyaya şərait yaradan hallara, hakim etikasının pozulmasına görə təkcə son üç ildə 30 hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
İclasda Məhkəmə-Hüquq Şurasının 04.09.2013-cü il tarixli qərarı ilə Bakı Ağır cinayətlər məhkəməsinin hakimi Həsən Əliyev barədə başlanılmış intizam icraatına baxılıb, kobud qanun pozuntularına, korrupsiyaya şərait yaradan hallara, etik davranış kodeksinin tələblərini pozmaqla, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?