GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakının bir-bir yoxa çıxan kinoteatrları

Bakının bir-bir yoxa çıxan kinoteatrları

Tarix: 12-02-2017, 14:28 Bölmə :Ölkə Baxış: 2 210
Bakının bir-bir yoxa çıxan kinoteatrları

Vaxtilə Bakıda 20-yə yaxın kinoteatr vardı...
İndi nazirliyin balansında üçü qalıb...
“İndi Bakıdakı kinoteatrların qarşısından keçəndə deyirəm ki, “vaxtilə burda “Araz” kinoteatrı vardı, vaxtilə burda “Vətən” kinoteatrı vardı”. Bir azdan deyəcəyik ki, vaxtilə burda “Azərbaycan” kinoteatrı vardı”...
Bunu köhnə bakılı, uşaqlıq, yeniyetməlik, gənclik illərində şəhərin bütün kinoteatrlarını ayaqdan çıxarmış Emil Seyidrzayev 5 il əvvəl deyirdi.
Onda hələ “Azərbaycan” kinoteatrı uçurulmamışdı, bir-iki seans filmlər də göstərilirdi. Ancaq Emil Seyidrzayev kimi mədəniyyətə ürəyi yananlar buranın da başının üstünü qara buludların alacağını sezmişdi.
İndi çoxları “Azərbaycan” kinoteatrının, daha doğrusu, kinoteatrın dağıntılarının qarşısından keçəndə məşhur “vaxtilə” sözünü işlədir.
“Bakının kinoteatrları... Həmin kinoteatrlar bu şəhərin mədəniyyət daşıyıcıları idi. “Şəfəq”, “Araz”, “Dostluq”. Qızlar-oğlan sevdikləri, qrup yoldaşları, sinif yoldaşları ilə kinoya gedirdi. Mən də, heç olmasa, həftədə bir dəfə arvada deyirdim ki, “hazırlaş, kinoya gedirik””.
Bunu isə keçmiş kino həvəskarlarından olan 65 yaşlı Məhərrəm Məmmədov deyir:
“Onda biz “Drujba”ya, “Mir” kinoteatrına çox gedirdik. İndi hanı o şəhər, o kinoteatrlar?”
Məhərrəm Məmmədov düz deyir. İndi o kinoteatrlar yoxdur. Varsa da, quruca daşı-divarı qalıb.
Yoxa çıxan kinoteatrlar

Bakının bir-bir yoxa çıxan kinoteatrları

Bakı kinoteatrları 90-cı illərdən sonra bir-bir sıradan çıxmağa başladı. Əvvəlcə seanslar azaldı, sonra tamam dayandı. Kinoteatrlarının binası çayxanalara, oyun zallarına, mağazalara çevrilməyə başladı.
Metronun “Gənclik” stansiyasının yaxınlığındakı “Şuşa” kinoteatrı, Yasamaldakı “Qələbə”, Salyan kazarmasının yanındakı “Xəzər” kinoteatrı yoxa çıxdı. N.Nərimanov adına kinoteatr da əvvəlcə seansları azaltdı.
Sonradan binası söküldü. İndi yerində beton divar ucalır. Burda nə tikildiyini heç kim bilmir. “Dostluq” kinoteatrının binasının bir hissəsində mebel satılır, bir hissəsində Bələdiyyə Teatrı yerləşir. “Şəfəq” kinoteatrında da teatr kollektivi yerləşir. Yaxınlıqdakı keçmiş “Sülh” kinoteatrı da artıq yoxdur.
Şəhərin mərkəzindəki “Azərbaycan” kinoteatrının binası bir neçə aydır sökülür. “Araz” kinoteatrının binası qalır. Ancaq burada daha film göstərilmir, qapısı da bağlıdır. Yaxınlığında isə “Araz” kafesi yerləşir.

Bakının bir-bir yoxa çıxan kinoteatrları

“Bir az pul yığaq, bərpa olunacaq”

Bir az kənarda, metronun “Qara Qarayev” stansiyası yaxınlığında “Sevinc” kinoteatrı vardı. Sonra adını dəyişib “Təbriz” qoydular. Bura da bir müddət oyun zalı, çayxana kimi fəaliyyət göstərib. İndi, ümumiyyətlə, işləmir. Kinoteatrın direktor müavini Tofiq Şəfiyev deyir, bina təmir olunandan sonra kinoteatr kimi fəaliyyət göstərəcək:
Amma əsas məsələ kinoteatrın məhz nə vaxt bərpa olunacağıdır ki, bunu da hələlik bilən yoxdur.
Əhmədlidəki məşhur “Bakı” kinoteatrının da binası qalır. Burada çoxlu mağazalar var. Ara-sıra kinoafişaları da gözə dəysə də, kino göstərilmir. Köhnələrdən üzünə gün doğan ancaq “Nizami” kinoteatrıdır. 2011-ci ildə əsaslı təmir olunandan sonra “Nizami” Kino Mərkəzi kimi fəaliyyət göstərir. 50, 80, 500 nəfərlik zalları var.

Bakının bir-bir yoxa çıxan kinoteatrları

Yenilərdə də qiymət bahadır

Yeni kinoteatrlardan əhali arasında ən çox məşhur olanı Park Cinema və 28 Cinema-dır. Yeni kinoteatrlarda biletlər 3-8 manatadır. Hər gün bir neçə seans nümayiş olunur. Tamaşaçılardan yeni kinoteatralrdan razı qalanlar da var, biletlərin baha olduğunu deyənlər də:
- “Nizami” kinoteatrı çox yaxşıdır. Zalları, akustikası məni qane edir.
- İndi yeni kinoteatrlar var. Ancaq bir filmə baxdım, bilet baha idi, 10 manat.
– Əlbəttə, qiymələr ucuz olsa, yaxşıdı.
– Heç olmasa tələbələrə endirim eləsələr, yaxşı olar.
– Qiymətlər bahadır.
– Məncə, içəridə çox səs-küy olur.
Kinodramaturq Eldəniz Quliyev deyir, keçmiş kinoteatrların hər biri, az qala, Bakının rəmzlərindən sayılırdı. Kinodramaturqa görə, istək olsaydı, həmin kinoteatrlar dirçələrdi:
“Dövlət, onsuz da, çox şeyi saxlaya bilmir, heç öz əhalisini, sənətkarlarını saxlaya bilmir. Ancaq ağıllı, rasional, kreativ dəstək göstərilsə, hər bir kinoteatr, – çoxusuna artıq “rəhmətlik kinoteatr” demək olar,– özünü saxlaya bilərdi. Təkcə qazanc məqsədi güdülməsəydi, qayğı, sevgi göstərilsəydi, niyə olmurdu ki”.

Nazirliyin pulu yoxdur

Mədəniyyət və Turizm Nazirliyindən bildirdilər ki, köhnə kinoteatrların çoxu, o cümlədən, “Azərbaycan” kinoteatrı da özəlləşib. Sahibkarları buralardan necə istifadə eləyir, özləri bilir.
Nazirliyin kino şöbəsinin sektor müdiri Yusif Şeyxovun sözlərinə görə, vaxtilə Bakıda 20-yə yaxın kinoteatr olub. 15 ilə qədər istifadəsiz qalandan sonra çoxu dövlət proqramı əsasında özəlləşdirilib. İndi nazirliyin balansında 3 kinoteatr var - Nizami kino evi, “Vətən” və “Dostluq” kinoteatrı:
“Nizami Kino Mərkəzi bir neçə il əvvəl təmir bərpa işlərindən sonra işləyir. “Vətən” kinoteatrının, təmirsiz vəziyyətdə olsa da, bir zalında film göstərilir. Bir də “Dostluq” kinoteatrdır. Hazırda burda bir neçə zalda Bələdiyyə Teatrı yerləşdirilib. Bundan əlavə Bakıda əhaliyə 40-dan artıq özəl kinozal xidmət göstərir”.
Yusif Şeyxov nazirliyin balansında olan “Dostluq” kinoteatrının bir hissəsində mebel mağazası yerləşməsində isə qəbahət görmür:
“Bəli, o binanın bir hissəsində mebel satılır. Çünki o binanı saxlamaq, qorumaq, dağılmaması üçün vəsait əldə eləmək lazım idi. Təsərrüfat hesablı müəssisədir. Dövlət ora pul ayıra bilmir. Gərək özləri nəsə qazana ki, binanı saxlaya bilə. Kinonu orda bərpa eləmək, müasir avadanlıqlarla təchiz etməkdən ötrü çox böyük vəsait tələb olunur. İndi isə belə imkan yoxdur”.
...Köhnə kino həvəskarı Məhərrəm Məmmədov isə daha kinoya baxmağa kinoteatra getmir. Ona görə ki, vaxtilə həyat yoldaşı ilə getdiyi, tanıtma lövhəsində “Dostluq” kinoteatrı yazılan binada indi mebel satılır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 'Azərbaycan' kinoteatrı yenidən açılıb

    'Azərbaycan' kinoteatrı yenidən açılıb ...

    23-01-2017, 21:05

  • 
  • Nərimanov kinoteatrı yerlə-yeksan edildi (FOTO)

    Nərimanov kinoteatrı yerlə-yeksan edildi (FOTO) ...

    7-07-2013, 16:44

  • 
  • Röya keçmişindən danışdı: "Sevgilim vardı..."

    Röya keçmişindən danışdı: "Sevgilim ...

    19-02-2016, 12:22

  • 
  • 'Elə buna görə buraya 'Kubinka' deyirdilər...'

    'Elə buna görə buraya 'Kubinka' deyirdilər...' ...

    22-09-2016, 12:56

  • 
  • "Kim ev tikmək istəyirsə, icra hakimiyyətlərinə müraciət etsin" - İlham Əliyev

    "Kim ev tikmək istəyirsə, icra ...

    9-10-2014, 12:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (63)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu