GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 'Elə buna görə buraya 'Kubinka' deyirdilər...'

'Elə buna görə buraya 'Kubinka' deyirdilər...'

Tarix: 22-09-2016, 12:56 Bölmə :Ölkə Baxış: 584
'Elə buna görə buraya 'Kubinka' deyirdilər...'
Bakının “Kubinka” adlanan köhnə məhəlləsi, 19.09.2016

“Burda, yuxarıda “Kubinka” bazarı vardı. Qabaqlar orda yaxşı alver gedirdi, kim nə istəyirdi, həmin bazardan tapırdı. Elə ona görə də buraya “Kubinka” deyirdilər. İndi həmin bazar da yoxdur”.

70 yaşlı Əhmədağa Bağırov Bakının “Kubinka” adlanan köhnə məhəlləsinin sakinlərindəndir. Deyir, bu illər ərzində köhnə, birmərtəbəli evlərin görünüşü dəyişməsə də, bura gələnlər dəyişib. İndi gözü öz nəslindən olanları, uşaqlıq, gənclik dostlarını axtarsa da, tapmır:

“Bura mənə doğma yerdir. Ancaq artıq o doğmalıq itir, köklü adamlar evlərini satıb başqa yerlərə gediblər. Bir mən, bir iki qonum-qonşum qalıb. Çoxu bura təzə gəlib, tanımıram da. Adama heç salam da vermirlər”.

Əhmədağa kişi deyir, vaxtilə “Kubinka”da kiminsə kiməsə salam verməməsi böyük ayıb sayılırdı. Siqaret çəkən cavanlar yaşlıları görəndə gizlənməyə yer axtararmış: “İndi belə deyil, hərdən mənə elə gəlir ki, özüm neçə illər sonra bura gəlmişəm”.

'Elə buna görə buraya 'Kubinka' deyirdilər...'

Yastı-yapalaq evlər, dar, köhnə küçələr

Üstünə neçə dəfə əl gəzdirilmiş yastı-yapalaq evlər, arabir bu evlərin hasarlarından boylanan meynələr, evlərin qabağında ipdən asılmış paltarlar, dar, köhnə küçələr, “ay bala, bəsdi də, yığış küçələrdən, gəl evə” çağırışları... Köhnə Bakının özünəməxsus siması. “Kubinka” da bu simalardan biri, bəlkə də axırıncılardandır. Əhmədağa kişi deyir ki, nə qədər doğma olsa da, bu yaşında artıq o da bu məhəllədən köçüb getmək istəyir.

Köhnəlik, nimdaşlıq bu yaşayış yerinin hər məhəlləsindən, hər tinindən boylanır. Neçə illərdir sakinlərinin qulaqlarına “buralar da söküləcək” sədaları çatsa da, ortada heç nə yoxdur. 50 ildir burda yaşadığını deyən Tamam Kərimova oxşar vədləri çox eşitdiklərini söyləyir. Qonşu “Sovetski” məhəlləsi söküləndə bu söhbət bir az da inandırıcı görünüb. Ancaq bir müddət sonra yenə səngiyib:

'Elə buna görə buraya 'Kubinka' deyirdilər...'

“Bura yaxşı yerdir. İşığımız, qazımız, suyumuz yaxşıdır. Sadəcə, evlərimiz balacadır. Eşitmişik ki, “Sovetski” sökülüb qurtarandan sonra buraları da sökəcəklər. Allah Kərimdir, yəqin bizə də növbə çatar. Neçə ildir deyirlər, “bu gün- sabah söküləcək”, ancaq dəqiqi vaxtı bilinmir”.

Evlər təhlükəli durumdadır

Yaşı bir əsrdən çox olan ərazinin böyük hissəsi baxımsızdır. Divarına suvaq çəkən Vahid Məmmədov evlərin çoxu təhlükəli durumda olduğunu deyir. Arada sakinlər özləri əl gəzdirirlər, amma çifayda:

“70 ildir burda yaşayıram. 70 ildir eşidirik ki, “bura söküləcək”. Hələ ki, bir xəbər yoxdur. Bu evlərin yaşı 100 ildən çoxdur, təhlükəli duruma düşüb. Söküləcəyini eşitmişik, ancaq nə vaxt, bu haqda bizə təzəlikcə heç kim heç nə deməyib. Danışırlar, ancaq dəqiq heç nə yoxdur”.

'Elə buna görə buraya 'Kubinka' deyirdilər...'

Bakının “Kubinka” adlanan köhnə məhəlləsi, 19.09.2016
Qapı ağzında oturan işsiz gənclərdən biri Əkrəm Quliyev əvvəl elə bu məhəllədəki maşınyuma yerində işləyib. Ancaq yenə işsizdir:

“3 ay əvvəl şefim böhrana dözməyib “moyka”nı bağladı. Mən də oldum işsizlərdən biri”.

“Sovetski”dən gözləri qorxub

Adamlar danışır ki, neçə illərdir camaatın çoxu söküləcək evlərinə görə onlara veriləcək kompensasiyaya göz dikibmiş. Ancaq “Sovetski”dəki evlərin hər kvadratmetrinə 1500 manat verilməsi, onların bu ümidinin də üstündən xətt çəkib:

– O puldansa, elə bu daxmalarda yaşamaq yaxşıdır. Çünki həmin pula şəhərdə ev ala bilməyəcəyik.

– Vallah, varımız-yoxumuz bu evimizdir. Burdan köçmək istəyirik, şərait pisdir, darısqaldır. Ancaq verəcəkləri o pula heç bu şəraitsiz evi də ala bilməyəcəyik.

Memar: “Kubinka”nın sökülməsi vacibdir

Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin dosenti Ömər Qoçulu bildirir ki, şəhərin mərkəzi hissəsi olan bu ərazi Bakının şəhərsalma tələblərinə cavab vermir. Ona görə gec-tez sökülməlidir:

Oradakı tikililərin sökülməsi vacibdir. Çünki orada nə yeraltı, nə yerüstü kommunikasiyalar yoxdur. Şəhərin ümumi memarlıq, şəhərsalma tələblərinə cavab verməyən bir sahədir. Əhali son dərəcə sıx yaşayır. Heç bir məişət rahatlığı olmayan bir ərazidir. Oranın yenidən qurulmasını vacib hesab edirəm. Şərt o deyil ki, mütləq orda yaşayış binaları olsun. Əsas məsələ oradakı sıxlığı götürməkdir. Ancaq yenidən qurularkən mütləq şəhərsalma yaraşığına, rahatlığına uyğunlaşdırılmalıdır. Magistrallar, küçələrin kəsişməsi, nəqliyyatın hərəkətinə şəraitin yaradılmasıdır. Keçmiş “Zabitlər Bağı”nın uzadılması, genişləndirilməsi daha məqsədəuyğun olardı. Çünki o ərazidə elə bir yaşıllıq sahəsi yoxdur. İllərlə insanlar evləri bir-birinə söykəyə-söykəyə tikiblər, necə gəldi dalanlar, küçələr salınıb”.

“Kubinka”nın ən kamil əsəri “Zerkalo Klara” olub

“Kubinka” da sökülməlidir. Yaradıcılığında “Kubinka”ya da yer ayıran yazıçı Həmid Herisçi belə düşünür:

““Kubinka”nın ən kamil əsəri “Zerkalo Klara” adlı qadın avtoritet idi. Əsas oradakı köhnə insanlar idi, onlar da çıxıb gedib. Ora da dağılmalıdır, heç nə əbədi deyil”.

'Elə buna görə buraya 'Kubinka' deyirdilər...'

“Nəzərdə tutulur, ancaq layihə yoxdur”

“Kubinka”nın söküntüsü nə vaxta planlaşdırılır? AzadlıqRadiosu-nun Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı sorğunu qurumun şəhərsalma şöbəsinin müdiri Anar Bayramov yazılı cavablandırıb. Komitə rəsmisi bildirilir ki, Bakının baş planında “Kubinka”nın sökülməsi və yenidən tikintisi nəzərdə tutulub. Amma “həmin ərazilərdə yeni planlaşdırma layihəsinin həyata keçirilməsi ilə bağlı hazırda Komitəyə hər hansı layihə təqdim edilməyib”.

Ərazinin daxil olduğu Yasamal və Nəsimi rayon icra hakimiyyətlərindən də onlarda bu haqda hər hansı bilgi olmadığını bildirdilər.

“Kubinka”lı Vahid kişi isə qollarını çırmalayıb evinə suvaq vururdu: “Bu müddətdə o qədər “söküləcək” eşitmişəm ki. Elə bir ucdan özü dayanmadan sökülür. Neçənci suvağı vurduğumu da yadımdan çıxartmışam”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “MİS” müdiri “Kubinka”nı satıb qurtarıb - İddia

    “MİS” müdiri “Kubinka”nı satıb qurtarıb - İddia ...

    14-12-2013, 22:47

  • 
  • Bakının bir əsr yaşı olan bazarı dağıdılır-FOTOSESİYA

    Bakının bir əsr yaşı olan bazarı ...

    19-07-2013, 16:16

  • 
  • Bakının mərkəzində söküləcək ərazilər - Siyahı

    Bakının mərkəzində söküləcək ərazilər - Siyahı ...

    9-01-2014, 13:04

  • 
  • Sabunçuda «Rus bazarı»

    Sabunçuda «Rus bazarı» ...

    19-11-2014, 23:46

  • 
  • Bakıda bir, iki və üçmərtəbəli binalar söküləcək

    Bakıda bir, iki və üçmərtəbəli binalar söküləcək ...

    12-05-2013, 16:02


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu