"Ən böyük problemlərdən biri vakant dövlət qulluğu vəzifələrinin müvafiq qurumlara təqdim edilməməsi idi. Dövlət qulluqlarının reyestrinin formalaşdırılması bir çox hesabatlar əldə etməyə imkan verib. Reyestr yaradıldıqdan sonra bütün vakant yerlər sistemdə aydın görünür və onların müsabiqə əsasında tutulmasına şərait yaradılır".
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov bu gün "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" adlı yeni Tvinninq layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Azərbaycanda dövlət qulluğu sahəsində mühüm işlərin görüldüyünü deyən B.Xəlilov bildirib ki, dövlət qulluğuna qəbulun şəffaf keçirilməsi işində bir çox nailiyyətlər əldə edilib: "Dövlət qulluğu müsabiqəsinə etimadın yaradılmasına nail olunub. Ötən illər ərzində obyektiv və şəffaf fəaliyyəti təmin etmək üçün işlər görülüb. 2006-cı ildən başalyaraq dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi aparılıb".
Sorğu
Yeni dizaynımız necədir?