Şəmkir rayonunda fərdi təsərrüfatlardan birində tələf olan qoyunlarda infeksiya aşkarlanmayıb.
gundemxeber.az bildirir ki, bunu özəl olaraq Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Y.Xanvəli bildirib ki, fərdi təsərrüfatların birində 30-40 baş qoyunun ölməsi barədə onlara məlumat verilib: "Şəmkir Rayon Baytarlıq İdarəsindən verilən ilkin məlumata görə, qoyunların ölümünə baxımsızlıq səbəb olub. Çox arıq olan qoyunlar soyuqlayaraq tələf olublar".
Y.Xanvəlinin sözlərinə görə, hadisə ilə bağlı Tovuz Baytarlıq Laboratoriyasında müayinə aparılıb. Müayinələrin nəticəsində infeksiya aşkarlanmayıb.
Ölüm səbəbini müəyyənləşdirmək üçün hazırda Respublika Baytarlıq Laboratoriyasında da müayinələrin aparıldığını deyən Y.Xanvəli hələlik infeksiya aşkarlanmadığını, lakin müayinələrin davam etdirildiyini söyləyib.
DBNX rəsmisi hazırda epizodik vəziyyətin sabit olduğunu deyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?