Dünən Ələt –Astara yolunun 130 km-də, Qarəzəncir kəndi ərazisində “90 ZX 573” dövlət nömrə nişanlı yük maşını ilə BMV markalı “90 FX 557” markalı minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.
İlkin məlumata görə, ölənlər “BMW”nin sürücüsü və sərnişini - Cəlilabad rayon Ocaqlı kənd sakinləri Mirəhməd Ağayev və Şakir Babayevdir. Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru olub. Yük maşınının sürücüsü və yanındakı sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?