Niyə onlar hamını axmaq hesab edir? Yəni qabiliyyətsizlər əmindir ki, onun dediklərini kimsə həqiqət kimi qəbul edir? Bəlkə də əmindir. Axı elə ona görə qabiliyyətsizdir...
Bizə qabiliyyətsizlər rəhbərlik edir – Zeynəb Xanlarovanın qalmaqallı bəyanatından sonra bu fikrim tamamilə möhkəmləndi. Ona görə yox ki, o, ad çəkməyərək kimisə satqınlıqda ittiham edib, ya da ona görə yox ki, məmurları müxalifətlə müqayisə edib - оnların çevrəsində müxalifətlə müqayisə ən ağır təhqirdir. Sadəcə Xanlarova bir daha göstərdi ki, onlar şəxsi maraqları üçün (daha bir yaşayış evi tikməyə imkan vermədilər, himayə etdikləri gənci işə almadılar və s.) hər şeyə gedə – hətta iyirmi il parlament zalında oturduğu, baş əydiyi və gülümsədiyi insanları ən son sözlərlə təhqir edə bilrələr.
Ölkədə başqa həyat görməmiş gənc axmaqlar formalaşıb, onlar üçün, nə qədər ki, həbs olunmayıblar, Azərbaycanda demokratiya hökm sürür
Onların qabiliyyətsizliyi hər şeydə hiss olunur – baxışlarından həyat tərzinə qədər. Ölkəmiz kiçikdir, yuxarılardan kimsə mütləq kiminsə qohumudur, “sadə insanlarla” yanaşı yaşayır, odur ki, onlar haqqında son dərəcə təəssüratlarimiz var , xüsusən, əvvəlki, sovet həyatı ilə müqayisədə. Azərbaycanın müstəqillik illərində mən AzSSR EA Fiziologiya ETİ-də işləyirdim. Bizimlə - gənc kiçik elmi işçilər və baş laborantlarla birlikdə Tima (Teymur) Bağırov – AKP MK birinci katibi Kamran Bağırovun oğlu işləyirdi. Timanı işə qara hökumət “Volqa”sı ilə gətirirdilər (o vaxt Bakıda “Mercedes” yox idi). Tima maşını avtobus dayanacağında saxlayır, maşından düşür və institutun qapısına qədər piyada gəlirdi ki, dostlarının qarşısında qudurğan kimi görünməsin. AzSSR daxili işlər nazirinin qızı Gülya Vəliyeva da bizimlə işləyirdi. Gözəl, şən və ağıllı qız idi, heç vaxt, heç bir şəkildə öz “müstəsnalığını” göstərmirdi. İndi isə “müstəqil” Azərbaycanda hər gün böyük məmurun həyat yoldaşının böyük və bahalı avtomobilini ofisimizin az qala kandarına qədər sürdüyünü görürəm. О başqaları kimi asfalta ayaq basmaq istəmir. Yuyulmuş və qurudulmuş maşın birbaşa mərmər pilləkənin önündə durmalıdır. “Sadələr” yolu kəsən maşının yanından sürüşüb keçərək, sakitcə çox spesifik ifadələrlə vəziyyəti “şərh edir”. Ölkədə başqa həyat görməmiş gənc axmaqlar formalaşıb, onlar üçün, nə qədər ki, həbs olunmayıblar, Azərbaycanda demokratiya hökm sürür. Bu nazirlərin sadə insanlar arasında necə addımladığına diqqət edin. Azərbaycan telekanallarında xəbərlər proqramlarını açın – orada Bakıda diplomatik görüşlərdən, Suriyada müharibədən, Afrikada qaraların qətlindən, aclıqdan əziyyət çəkən yunanlardan və Azərbaycanda yolların təntənəli açılışından başqa heç nə göstərmirlər.
Həbsxanalarda Londonda “Bugatti” sürən balalar deyil, NİDA fəalları oturur
Onların necə yeridiyinə baxın – qarınlarını qabağa verib, insanlara qıyılmış gözlərlə baxırlar. Onlar hətta boyu onlardan uca olanlara belə yuxarıdan aşağı baxmağı öyrəniblər. Heç vaxt gözlərini qaldırmırlar və ilk olaraq əl uzatmırlar. Xahiş eşitməkdən yorulub limuzinin qara şüşələri arxasında gizlənmək üçün onlara müraciət edənlərin sözünü yarımçıq kəsirlər. Və bağda sevimli hovuzlarına can atırlar ki, zəng edib Londonda uşaqlarının kefini soruşsunlar, görəsən, keçən aydan yoxsullaşmayıblar ki... Bizim “xalqın xidmətçilərinin” həyat tərzi okeanın o tayındakı milyonçular haqqında Amerika kinolarından alınıb. Onların tutduğu KİV-lər pilləkənlərin üstündə, yanında, dövlət pulu ilə tikilmiş və formal olaraq dövlətə məxsus olan mərmər sarayın fonunda və içində çəkilmiş Xanımın şəkillərini tirajlayır, sanki o, hər bir dolları halal kapitalist üsulu ilə qazanılmış milyarderin arvadıdır. Nə onun, nə tutduğu müti redaktorun ağlına belə bir biyabırçılığın yolverilməz olduğu gəlmir. Qabiliyyətsizlər İsmayıllı və digər xalq etiraz aksiyalarını qızışdıranların həbsə atdıqları “ReAl” lideri İlqar Məmmədov və Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu deyil, məhz özləri olduğunu başa düşə bilmirlər. Ağıllı, bilikli şəxsiyyətlər, Azərbaycanlıların qaçılmaz xoşbəxt gələcəyinə inanana romantik və nikbin insanlar indi öz xalqına və öz dövlətinə deyil, beynəlxalq ictimaiyyətin ədalətinə ümid edir. Qabiliyyətsizlik onda da görünür ki, ən yaxşı, ən ağıllı və ən vicdanlı vətəndaşlarımızla əməkdaşlıq etmək yerinə, onları həbsə atırlar və əsassız olaraq ən pis sözlərlə söyürlər. NİDA gənclər hərəkatının fəalları ali məktəblərdə qabiliyyətsizlərə rüşvət verməkdən imtina edənlər, xaricdə təhsil adı ilə ordudan yayınmayıb, namusla xidmət edənlərdir. Onlar əmək haqqı ofisin çıxışını kəsən avtomobilin bir təkərinin qiymətindən üç dəfə az olan əsl əməkçilərin, kəndlilərin və ya ziyalılarımızın övladlarıdır. Amma həbsxanalarda Londonda “Bugatti” sürən balalar deyil, NİDA fəalları oturur. Sonra o xaricdəkilər Bakıya, hazır qoltuqlara qayıdacaqlar və bizə qabiliyyətsizcə rəhbərlik edəcəklər. Ən yaxşıları və ağıllıları gülməli narkotik, partlayıcı maddə saxlamaq, kütlələri qızışdırmaq ittihamları ilə həbs edənlər öz miskinliklərindən anlamırlar ki, özləri onlardan ədalət uğrunda mübarizlər yaradıblar. İlqar Məmmədov və Tofiq Yaqublu, Nida fəalları gec ya tez, mütləq azadlığa çıxacaqlar, Avropa Məhkəməsində qalib gələcəklər. Azərbaycan dövləti onların qanunsuz həbsinə görə böyük cərimə ödəməli olacaq, biz isə bədnam siyahıda Türkmənistan və Şimali Koreya ilə yanaşı duran ölkədə yaşadığımza görə utanıb-qızaracağıq. Seçkilər yaxınlaşdıqca genişlənən anti-müxalifət təbliğatını müşahidə etmək gülünc və acıdır. Mənim poçtuma hər gün adından heç nə bəlli olmayan çirkin sayta keçid gəlir. İsrarla təklif olunan məqalələrin başlığına bir baxış kifayətdir ki, sanitar qovşağa, suya və sabuna üz tutasan. Həm də müəlliflər bilirlər ki, onların zir-zibilini oxumayacaqlar, ona görə bütün kiri başlığa, nifrət etdikləri adresatın adının yanına tökürlər.
Yerli qabiliyyətsizlərin yarıtmaz idarəçiliyi
“Azadlıq” radiosunun rəhbəri Xədicə Ismaylovanin şəkillərinin belə çirkin resurslarda yerləşdirilməsi siyasi əxlaqsızlığıni açıq-aşkar göstərir. Əminəm ki, Mətbuat Şurası nəzdində KİV komissiyasının üzvü Elnur Baimovun dediyi kimi, konkret şəxslərin təhqir edilməsi üçün yaradılan bu birgünlük saytlarda qabiliyyətsiz insanlar işləyir. Belə ki, həqiqətən istedadlılar, qabiliyyətsizlərdən fərqli olaraq, özlərinə və həyatlarına dəyər verir və murdar şeylərlə məşğul olmurlar. Qabiliyyətsizlər bəsit bir həqiqəti anlamaqda çətinlik çəkirlər: dünya sivilizasiyasının gedişini heç kim dəyişə bilməz. İnkişafı ləngitmək, hətta qısa bir müddət üçün gerilətmək olar, əfqan taliblərinin müvəffəq olduğu kimi, amma bəşəriyyət demokratik quruluşa məhkumdur. Sivil inkişafı qabiliyyətsizləri xeyli geridə qoyan texnoloji sıçrayışlar təmin edir. Bizim rəhbərlərimiz İnternet və sosial şəbəkələr qarşısında gücsüzdür, belə ki, müasir kommunikasiyanın bu möcüzələrini onlar düşünməyiblər və tənzimləmirlər. “Qasid” köşklərində müxalif qəzetlərin satışını qadağan edərək xoşagəlməz jurnalistlərin ağzını bağlamağın mümkün olduğu zamanlar geridə qaldı. Naxçıvanda bu qəzetləri İnternetdə oxuyurlar. Həqiqətən, qabiliyyətsizlər çox istəsələr, sosial şəbəkələri və interneti birdəfəyə bağlaya ya virtual şəbəkələr yarada bilər, İranda və ona bənzər ölkələrdə olduğu kimi. Daha da irəli gedib İlqar Məmmədovu, Tofiq Yaqublunu, NİDA fəallarını və xoşlarına gəlməyən hər kəsi, o cümlədən məni inşaat kranından, Torqovaya küçəsində bir yerdə asa bilərlər. İranda hər zaman belə edirlər. Çində futbol maçı başlamazdan əvvəl stadionlarda Kalaşnikov avtomatından ənsəyə güllə açırlar. Taliblər daşqalaq edirdilər... Onlar ona görə qabiliyyəsizdirlər ki, çox sadə bir həqiqəti anlamırlar: cəmiyyəti onlar idarə etmir, cəmiyyətlər qlobal qanunauyğun proseslərə uyğun şəkildə inkişaf edir. AzTV-də və bənzər kanallarda hər gün və sonsuz olaraq eyni şəxslərlə eyni verilişi yayımlamaq olar, amma tamaşaçı düyməyə bir dəfə basmaqla, bu qabiliyyətsizləri söndürür. Vəssalam, istədiyiniz qədər yalan danışa bilərsiniz. EF- və daha bir məqalə sifariş etmək olar və o, əlbəttə ki, yazacaq. Amma müəllifin adını gördükdə aydın olur, ona İsa Qəmbəri sifariş ediblərsə, deməli qabiliyyətsizlər üçün о qorxulu rəqibdir. Ölkəmiz yerli qabiliyyətsizlərin arasıkəsilməz səyləri sayəsində “Freedom House” mətbuat azadlığı reytinqində totalitar dövlətlərin səviyyəsinə düşüb. Bizi “qeyri-azad ölkə” adlandıraraq, 177-ci yerə qoyublar. Ermənistan “qismən azad ölkələr” arasında 134-cü yerdədir. Mübariz Qurbanlı buradaca “ifşa edərək, Freedom House-un arxasında “erməni lobbisi ilə birbaşa əlaqəsi olan qüvvələr durduğunu” deyib”. Niyə onlar hamını axmaq hesab edir? Yəni qabiliyyətsizlər əmindir ki, onun dediklərini kimsə həqiqət kimi qəbul edir? Bəlkə də əmindir. Axı elə ona görə qabiliyyətsizdir... Qarabağ problemi olmasaydı, mən bu qədər qəm yeməzdim. Ağıllı qaçqınlar inanır ki, tezliklə, çox tezliklə, Azərbaycanın analoqsuz yerişi ilə çaşdırılmış ətraf mühit işğal olunmuş torpaqları bizə qaytaracaq, neft zavodlarına bir güllə belə düşməsinə imkan verməyəcəklər. Lakin , uşaqlar, - qabiliyyətsizlərə üz tuturam – qaçqınların və mənim arzumu prinsipcə qeyri-mümkün edən vəziyyəti məhz siz yaratmısınız. Biz “Qarabağ məsələsi” üzrə xristian ölkələri – RF, ABŞ və Fransanı hakim seçmişik. Onlar müəyyən vaxta qədər sözdə ərazi bütövlüyü prinsipinə sadiq qalacaqlar, amma Şimali Koreya və Türkmənistan kimi, bizə də sakit və aydın bir şəkildə deyəcəklər: heç vaxt proqressiv erməni xalqını totalitar azərbaycanlılara tabe etməyə razılaşmayacağıq. Bunu deyərkən gözlərini belə qırpmayacaqlar, istənilən qabiliyyətsiz hakimiyyətin müvəqqəti idarəetməsi və Azərbaycanın demokratik inkişafının qaçılmaz olduğu barədə nə qədər danışsaq belə. Həmin vaxta qədər qatar dönüşsüz olaraq gedəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?