GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

Tarix: 26-02-2017, 12:20 Bölmə :Ölkə Baxış: 701
XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

Teref. info Kəmalə Səlim Müslümqızının hekayəsini Xocalı faciəsindən sağ çıxıb bu gün aramızda olan insanlara ithaf edir!!
Unutmadıq, Unutmayacağıq, Unutdurmayacağıq!!
XOCALI UŞAQLARI

Həkim
O gecə beş yaşım var idi.Yadımda qalanlarsa bunlar oldu. Atamın ayağından axan qan, göz yaşları, bir də dəhşətli qışqırıq səsləri.Anamın dediklərinə görə atam o qədər də ağır yaralı deyilmiş. Bəlkə də o zaman vaxtında tibbi yardım göstərilsəydi, xilas etmək olarmış...Uşaqlığım, yeniyetməliyim nigarançılıqla keçdi. Elə bilirdim atam bir gün qayıdacaq,” mənim əziz balam deyib” bağrına basacaq məni. Mən də atasızlıq sıxıntısından qurtulacağam. Elə ki böyüdüm, hər şeyi dərk etməyə başladım. Böyüklərin ciddicəhdlə məndən gizlətməyə çalışdıqları hər şeyi.Əvvəl dedilər ki, atam elə oradaca dünyasını dəyişib. Daha sonra onun yaralı olaraq əsir düşdüyünü və qanqren nəticəsində ayaqlarının kəsildiyini eşitdik. Beləcə də onun gah Ermənistan ərazisində, gah da işğal altında olan torpaqlarda əsir saxlanıldığını eşidirdik. Axtarışlarımız heç bir nəticə vermirdi. İndiyənə qədər onun sağ olub olmadığını bilmirəm. Faciəmiz nə qədər ağırdır,deyilmi?
Atam sağdır, bəs hanı? Dünyasını dəyişibsə məzarı hardadır? Diridirsə necə yas tutaq ona ? Yox əgər sağ deyilsə harda axtaraq məzarını? Dünya, ədalətziliyinin sonu yoxmu?!.
Şikəst insanları görəndə təəssüfqarışıq bir qibtə hissi keçirirəm. Kaş ki mənim də atam yanımda olaydı.Razıyam, əlil arabasında oturaydı, amma sevincli günlərimin şahidi olaydı. Çətin günlərimdə məsləhət verəydi mənə...
Qəlbimdə bir hiss “ sən həkim olmalısan “ deyirdi.Ehtiyacı olan hər bir kəsin köməyinə çatmalısan deyirdi. Bir qətrə qanın belə tökülməsinə razı ola bilmərəm. Hədər yerə axmasına yol verə bilmərəm. Dadina çatdığım hər bir xəstə, həyatını xilas etdiyim hər bir kəs acımı bir az da olsa dindirir,həsrətlə yanan qəlbimə sanki su çiləyir.
Bu, mənim borcum, yazılmamış qanunum, ən şərəfli missiyamdır.

XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

MÜƏLLİM
Altı yaşım vardı. Məktəbə gedəcəyim günü səbirsizliklə gözləyirdim . Günləri, həftələri saya-saya fevral ayına çatdım. Çatmamış olaydım, saymamış olaydım...
Əvvələr elə bilirdim ki,ev-eşiyimizdən didərgin düşməyimizə mən səbəbkaram. Çünki, elə hey deyinirdim. Bəs deyirsiniz fevral ən qısa aydır , bəs niyə qurtarmır, niyə başa çatmır bu ay? Qurtardı ,özu də bir dəfəlik...
O faciəni yaşayan insanları çox dinləmisiniz. Mən o günlərə xəyalən belə dönmək, səfər etmək istəmirəm. Lakin gözlərimin önündən silinməyən bir səhnə var. Çadır düşərgəsindəki məktəbimiz. Həsir kisələrindən divarı, neft lampasından işığı, torpaqdan döşəməsi, sınıq-salxaq şifer,dəmir parçalarından tavanı olan məktəbimiz. Lövhəni yuxumuzda görər, partaları xəyal edərdik. Səliqəli sinif otaqları olan işıqlı məktəb bizim ən böyük, ən əlçatmaz arzularımız idi. Rəngarəng qələmlər, şəkilli jurnallar, nəfis tərtibatlı kitablar şirin yuxularımın qonağı olardı.Televizor isə bizim üçün Marsdan gələn mehman idi ...
Mən qarşısı alınmaz bir qüvvə ilə oxuyurdum . Əlimə keçən hər şeyi-qəzet parçalarını,yardım yeşiklərinin üstünü, kitablardan qopmuş səhifələri, hər şeyi, dönə-dönə oxuyurdum. Acgözlüklə, sanki əlimdən alacaqlarmış kimi oxuyurdum... Bu gün müstəqil Azərbaycan Respublikasının müəllimi kimi şərəfli bir adı daşıyıram. Bütün bildiklərimi şagirdlərimə aşılamaq həyatımın mənasıdır. Çünki, biz bu müharibəni ağlın gücü, elmin köməyi,intellekt zəfərinin təntənəsi hesabına qazanacağıq.

XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

SƏRHƏDÇİ
4 yaşım vardı.Yadımda qalansa yanğnlar, bir də silahlar oldu. Böyüyürdüm , hər şeyi dərk edirdim. Xatirimdə qalan yanğın və silahlar da mənimlə birgə böyüyürdü . Kim olacağıma verəcəyim qərarın təməli qəlbimdə həmin gecə baş qaldırdı. Mən sərhədçi oldum. Xain düşmənlərimiz torpaqlarımıza yaxın dura bilməsinlər deyə. Vətənim bir daha tapdaq altında qalmasın deyə.Xalqım öz torpağında hürr yaşasın deyə.
Bu gün Azərbaycan alınmaz qaladır. Onun quru , hava və su sərhəddini qoruyan rəşadətli ordusu var. Mən fəxr edirəm ki, Azərbaycan ordusunun zabitiyəm

XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

MEMAR
İkinci sinifdə oxuyurdum. Ailə üzvlərimizdən dördü uçmuş evimizin qaıqları altında qalmışdı. Kiçik bacı-qardaşlarımın səsi indiyənədək qulağımdadır. Ən məşhur söz ustaları belə bu mənzərəni təsvir etməkdə acizdir. Dünyaşöhrətli Rembrand bu acını, bu kədəri tablosuna yerləşdirə bilərmi? Şekspir bu faciəni “Kral Lir” in yanına qoya bilərmi? Hüqo məndən qoy incisin. “Səfillər” belə bu faciəni anlatmaqda acizdir.Bunu mən bilirəm. Yalın ayaqları qardan donan, bir parça çörəyə möhtac olan Xocalı uşağı. Qorxusu kədərinə,acısı zillətinə qarışan Xocalı uşağı.Heç vaxt uşaqlığını yaşamayan, bir gecədə böyüyən, birbaşa ömrün qürub çağına qədəm qoyan Xocalı uşağı...
Mən memaram.Özülü poladdan olan evlər tikmək üçün. Heç bir düşmən ordusunun yıxa bilməyəcəyi istinadgahlar ucaltmaq üçün, vətənin alınmaz qala olması üçün.

XOCALI UŞAQLARI - QAN YADDAŞI!!

Övlad
Mənə düz danışmağı öyrədiblər. Desəm hadisələri gözümlə görmüşəm ,düz olmaz.Desəm görməmişəm, yenə də düz olmaz.Mən həmin gün anamın bətnindəydim.Mənə həyat verən , ömrünü balasına bağışlayan qadının. Şahidlərin dediyinə görə anam üç gün meşədə,qarın içiylə yol qət edib.Canını dişinə sıxaraq ağrılarına qalib gəlib,amma nə məni, nə də yanındakıları düşmənə təslim etməyib. Ağdama yarıhuşsuz vəziyyətdə çatan anam “balamı xilas edin,o, ailəmizin yeganə sağ qalan yadigarıdır” deyibmiş...
Məni möcüzə uşaq adlandırıblar. Çünki sağ qalacağıma heç bir ümid yox imiş.Əgər mən sağ qalmasaydım tamamilə məhv edilmiş doqquzuncu ailə biz ola bilərikmişik...Böyük bir ailənin yadigarı olmaq,heç vaxt tanımadığın insanları sevmək,onlar üçün darıxmaq, bəzən ağlamaq, hər zaman adlarına layiq olmağa çalışmaq nə deməkdir, anlatmaqda acizəm.
Uşaq evində böyüdüm, sıxıntı çəkmədən, ehtiyac bilmədən. Yayda istidən, qışda soyuqdan qorunmadan. Müəllimlərdən, dayələrdən hər zaman yaxşı münasibət gördüm. Amma ana həsrəti məni bir an da olsa tərk etmədi.Məni ağlamayan uşaq adlandırırlar. Bəli, mən heç vaxt ağlamırdım. Heç kim göz yaşlarımı görmürdü. Çünki onlar hər zaman ürəyimə axırdı... Anamın şəkli də qalmayıb.Deyirlər mən eynən ona oxşayıram. Səsini eşitmək üçün nələr verməzdim. Görəsən necə danışırmış,necə gülümsünürmüş? Nəyə hirslənirmiş? Yanımda olsaydı həyatım necə dəyişərdi? Gəray Fəzli analı uşaqlar üçün nə gözəl yazıb :
Gözüm yaşla dolanda
Mən anamın qucağına atılıram bir anda.
Onu görcək ağrımayır başım da
İsti ana qucağında quruyur göz yaşım da.
Ana sığalı necə olur görəsən? Nəyə bənzəyir ana öyüdü? Danlağı başqalarından nəylə fərqlənir? Ey analı uşaqlar, necə bir sərvətə malik olduğunuzu anlayırsınızmı? Necə qiymətli bir inciyə aid olduğunuzu dərk edirsinizmi?
İstəmirəm sarayları bir sığala dəymirsə!İstəmirəm ləl-cəvahiri bir nəvazişi əvəz etmirsə!İstəmirəm heç nəyi bir ananı mənə qaytaramayacaqsa...
Lənət olsun müharibə adlı iblisə. Lənət olsun anaları balasız, balaları anasız qoyan şər qüvvələrə!Lənət olsun ocaqları kor qoyan, yurdları viran edən balalar dünyaya gətirən analara!.. Bu misralar heç yadımdan çıxmır:
41-45 arasında
Tək bir ana günahkardır
Anaların qarşısında
O, Hitlerin anasıdır
41-45 arasında.
Düşünürəm ki, müharibəni başlayan yox onun anası günahkardır.Düzgün övlad tərbiyə etmədiyi üçün.Mən üzümü analara tutub səslənirəm. Uşaqlarınızı elə böyüdün ki, heç kimin balasını yetim qoymasınlar.
SON

20 FEVRAL 2017
Kəmalə Səlim Müslümqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Atam bizim toyumuzu görmədi"

    "Atam bizim toyumuzu görmədi" ...

    20-02-2016, 13:49

  • 
  • Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq

    Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq ...

    25-01-2017, 23:47

  • 
  • Bakıda dəhşətli avtobus qəzası: 2 ölü, onlarla yaralı

    Bakıda dəhşətli avtobus qəzası: 2 ölü, onlarla ...

    9-09-2014, 16:01

  • 
  • Xocalıda azərbaycanlı qızın başına gətirilən müsibətlər

    Xocalıda azərbaycanlı qızın başına gətirilən ...

    19-02-2015, 22:44

  • 
  • Daha bir ölkə Xocalı soyqırımını tanıdı

    Daha bir ölkə Xocalı soyqırımını tanıdı ...

    8-09-2014, 12:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu