GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xocalıda azərbaycanlı qızın başına gətirilən müsibətlər

Xocalıda azərbaycanlı qızın başına gətirilən müsibətlər

Tarix: 19-02-2015, 22:44 Bölmə :Ölkə Baxış: 0
Xocalıda azərbaycanlı qızın başına gətirilən müsibətlər

Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım.

Şüurlu bir təkliyin içində, özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim! Bilirdim əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə başqa idi... Çünki 23 ildir qurtula bilmirdim!

Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalışdığım o günləri, xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!

Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, bitməyən fəryadlar...! İllər keçməsinə baxmayaraq, hələ də özümü tapa bilməmişəm! Nə vaxt yadıma düşsə, qırıb dağıdıram. Gözlərim qan çanağına dönür ağlamaqdan. Yumruğumu, dırnağım ətimi qanadana qədər sıxıram!

Dünyaya qız doğulduğum, üçün yaradanı lənətləyirəm!

13 yaşım var idi. 12 il keçirdiyim o möhtəşəm qış fəslinin 13-cü ilini yaşayırdım. Amma deyəsən bu qış daha sərt keçəcəkdi!

Müharibənin nə olduğunu dərk etmirdim. Amma hər şey “kaş o səhər, heç açılmazdı” dediyim gün dəyişdi.. Soyuq qış səhəri idi. Hər tərəf ağ örpəyə bürünmüşdü. Qapı sərt şəkildə döyülməyə başladı. Bir qədər sonra ayaqla vururdular. Səs hamımızı qorxutdu. Atam qapını açan kimi, avtomatın arxası ilə sinəsindən vurdular. Zərbənin təsirindən, qeyri-ixtiyarı olaraq atam yerə sərildi!

Sonra silahı bizə doğruldaraq çölə çıxmağımızı əmr etdilər. Bizi evimizin qarşısındakı meydana yönəltdilər. Burda çoxluğun qadın və uşaq təşkil etdiyi, xeyli insan vardı. Güllələr göydə uçuşurdu. Sağa, sola diqqət etməsək, alnımıza dəyəcək kimi idi..

Bir qədər sonra hərbi maşınlardan 20-ə yaxın əsgər düşüb, bizə doğru gəldi. Avtomatı üstümüzə tuşlayaraq, maşınlara çıxmağımız üçün əmr verdilər. Meşənin yaxılığında hərbi hissənin bazasına gətirdilər.

Elə maşından düşəndə, gördüklərimdən şoka düşdüm. Dörd bir yanda işgəncə var idi. Qadınlar zorlanır, kişilər döyülürdü. Avtomatın arxası ilə kişilərin cinsi orqanına vururdular. Bir daha bizim kişilərdən uşaq dünyaya gətirə bilməməkləri üçün....

Yeni doğacaq nəslin, onlardan olacağını deyirdilər. Bir qədərdən sonra kişiləri maşından düşürdülər. Atam gözə dəymirdi.

Hamı ac-susuz idi. Mən isə özümü qır qazanına atılmış və bir azdan əriyib məhlula dönəcək kimi hiss edirdim. Balaca bədənimlə insanların arasında özümü unudulmuş kimi hiss etməyim isə bir az təsəlli verirdi. Sanki kiçik olmam, avantajım idi.

Bir qədər sonra qaranlıq çökdü, göstərişə əsasən bizi hərbi maşınlara yığaraq meşəyə doğru aparırdılar.

Yollarda gördüyüm mənzərə dəhşət idi. Şəhər qan gölünə dönmüşdü. Adama elə gəlirdi ki, bulud yağış əvəzinə qan yağmışdı.

Ortalıqda düşmən ordunun əsgərləri görünürdü. Yerə sərilmiş insanların, ölüb ölmədiyini yoxlayırdılar. Hərəkət və səs gələn kimi yenidən güllələyirdilər.

Daha əvvəl görmədiyim yerə gətirdilər bizi. Burada da xeyli əsir və eyni işgəncələr gördüm. İnsanları diri-diri yandırırdılar. Bəzi kişilər irəli çıxıb, hansısa qadını qorumaq istəyəndə, güllələnirdi!

Bu günə qədər yadımdadır, bir neçə dəqiqə ərzində 20 yaxın kişi öldürüldü. Kişilərin çoxu qadınlara qarşı o mənzərəni görməkdənsə, sanki etiraz edib güllələnməyi daha üstün tuturdular! İnsanlıq tarixi o mənzərəni görməyə hazır olmadığına əminəm!

Baş verənləri görməmək üçün ölmək istəyirdim. Hər dəfə insanlara edilən vəhşiliyi görəndə, ətimdən ət kəsilirdi. Beynimi uyuşdurmaq, yatmaq, yox olmaq istəyirdim. Gənc qızlara atalarının gözünün qarşısında təcavüz edir və qorxulu filmlərdə, əcaib rol ifaçısı kimi qəhqəhə çəkirdilər. “Ölümə məhkumsunuz, soyunuzu qurudacağıq, qarnınızda bizim oğlanlarımızı daşıyacaqsınız”deyib, qadınlara hücum çəkirdilər.

Gözümün qarşısında hamilə qadının qarnın cırıb, uşağı çıxardıb, ocağa atmışdılar. O mənzərəni görəndə, mən çoxdan özümdən getmişdim. Gözümü açanda o vahimənin içində gözüyaşlı anamı gördüm.

Orda qaldığım 4 gün davam edən vəhşilikdən geriyə, az sayda sağ insan qalmışdı. O vaxta qədər mənə, anama və bir neçə qadına toxunmadıqları möcüzə olmalı idi.

Növbəti gecə idi. Göyün üzü qırmızı idi. Sanki yerdəki qanın rəngi, göydə əksini tapmışdı.

Qaranlıq, pis qoxulu otağın bir küncünə sıxılmışdıq. Bir azdan ayaq səsləri gəldi. Anam məni bərk-bərk qucaqlayıb bağrına basmışdı. Əlacı olsa sanki yenidən bətnində gizlədəcək qədər titrəyirdi. Amma titrəməsi boş yerə deyildi. Çünki o ayaq səslərindən gələn əl, məni anamdan dartıb qopardı. Az qalırdı naləsi göyə çatsın, onu daha əvvəl bu cür görməmişdim. Məni nə üçün apardıqlarını başa düşmürdüm. Ağlayır, bildiyim bütün yalvarışları edirdim, aparmamaqları üçün!

Dəhliz boyunca gah sürüyərək, gah itələyə-itələyə bir otağa atdılar. Özümü itirmədən sakitləşdim. Otağa göz gəzdirdim. Hiss olunurdu ki, bu otaq digərlərindən səliqəli və hansısa rütbəli şəxsə məxsusdur. Bir qədər sonra dəhlizdə iti və ağır addımlar eşidilməyə başladı. Qalın bir səs, “onun qızıdır?” sualını verib, cavab almadan içəri daxil oldu!

Hündür, kök, 45 yaşlarında, saqqalı, saçında tək-tək ağ tük görünən adamla göz-gözə gəldik! Üzündəki nifrət, ürək bulandıran gülümsəmə ilə üzümə baxdı. Qəfəsdən açılan vəhşi heyvan kimi üstümə şığıdı.

Sadəcə əlimi üzünə atıb, cırmağa fürsət tapa bildim. Çünki bir qədərdən sonra saçımdan yapışaraq, divara çırpmışdı. Bədənim sanki maşın altından çıxmış kimi sızıldayırdı. Deyəsən dişim qırıldığı üçün ağzım da qan içində idi. Alnımdan axan qan da, üzümdən süzülərək gözümə dolmuşdu. Özümə gəlib, qan dolu gözlərimi açanda, qarnımdakı dəhşətli ağrı, bütün ağrılarımı unutdurmuşdu! Bədənim keyimişdi!

Hərəkət etmədən, fikirləşirdim. Anamın niyə nalə etməsini indi daha yaxşı başa düşürdüm!

Artıq balaca qız yox, təcavüzə uğramış qadın idim. İçi parçalanmış, hissi alınmış, həm bədəninə, həm ruhuna, həm gələcəyinə təcavüz edilmiş qadın!

Qadın kimi formalaşmayan kiçik bədənim, təcavüzün ən dəhşətlisinə məruz qalmışdı.

Yerdən qalxa bilmirdim. Sanki illərlə yatağa bağlı xəstə idim. İndi isə yataqdan yerə düşmüş, həmin köməksiz xəstədən fərqim yox idi.

Özümə gəlmədən növbəti dəfə eyni adam daxil olmaqla, digər əsgərlərin təcavüzünə məruz qaldım. Üzünü cırdığım yekəpər hər dəfə şüşədə və ya güzgüdə üzünü görəndə çəkdiyi siqareti bədənimdə söndürərək, balaca fahişə ilə başlayan söyüşləri sıralayırdı. Təbii ehtiyacın üstümə tökürdü, “sizi belə məhv etmək lazımdır”deyirdi!

Bədənim siqaret kötüyünün yanıqları, içim parçalanmış halda daha nə qədər dözə bilərdim?! Bəzən elə bilirdim gördüklərim yuxudur!

Amma hər dəfə diksinib özümə gəlirdim!

Ölmək üçün çarələr axtarırdım. Amma əslində ölüdən fərqim yox idi.

Qurtuluşum da belə oldu. Ölü bilib, digər cəsədlərlə birlikdə bir dərəyə atmışdılar. Sonradan öyrəndim ki, əsgərlərimizdən biri təsadüfən xırıltımı eşidib, məni Ağdama-xəstəxanaya aparıb. Bir neçə il danışa bilmədim. Dilim tutulmuşdu.

Bədənimdəki yaralar sağaldı! Ancaq izləri həm bədənimdə, həm ruhumda qaldı. Elə həmin gündən bütün qoxular barıt, bütün rənglər qırmızı və qara, bütün səslər avtomat və bomba səsləri oldu...

Nə uşaqlığımı yaşaya bilmədim, nə gəncliyimi, nə qadınlığımı. Sevişmə sonrası qadın olmadım mən!

Gənc qızlıqdan qadınlığa keçid etmədim. Ehtiras, hərarət, istilik nədir bilmədim!

Əsir oldum, övlad oldum, şəhid qızı oldum, kimsəsiz oldum, şagird oldum, tələbə oldum, amma qadın ola bilmədim!

Aynanın qarşısına keçib, bədənimə baxanda siqaret izlərini görüb bədənimdən iyrəndim. Başımın sağ tərəfindən, həmin gün kökündən yolunan saçımın keçəl yerini görəndə, üzümdən iyrəndim! Fəryadımı kimsə eşitmədiyi üçün, qulağımdan getməyən səsimdən iyrəndim! Qadın olduğum gün, qadın olmağımdan iyrəndim! Qadınlığı rədd etdim!

Hamı məni Xocalıda təcavüzə uğramış qız kimi göstərdi. Bir daha mən yenə özümdən iyrəndim. Bir gerçək var idi əslində: mənim bədənimə, barmaqla göstərənlərin isə vicdanına təcavüz edilmişdi.

12 il yaşadığım Xocalı, ağlımda 4 gün və bir adla yadımda qaldı. Təcavüz!!!
(azxeber.com)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bu gün qış gəlir

    Bu gün qış gəlir ...

    21-12-2016, 10:32

  • 
  • Elarizə var-yox söyüşü söyənin aqibəti - QAN İÇİNDƏ

    Elarizə var-yox söyüşü söyənin aqibəti - QAN ...

    24-09-2014, 14:45

  • 
  • Rusiya öhdəliyini icra etmir: Türk ordusu girəcək... - "Buranı qan gölünə çevirmək istəyirlər..."

    Rusiya öhdəliyini icra etmir: Türk ordusu ...

    26-11-2020, 10:54

  • 
  • Ailəli kişinin evinə gedən gənc qız: Oyananda gördüm ki, artıq gecdir

    Ailəli kişinin evinə gedən gənc qız: Oyananda ...

    20-11-2018, 13:36

  • 
  • Azərbaycana qış fəsli daxil olub

    Azərbaycana qış fəsli daxil olub ...

    22-12-2018, 18:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu