GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tahir Əliyev: “Rusiya MDB-yə qoşulmağımız üçün Xocalı soyqırımını törətdi”

Tahir Əliyev: “Rusiya MDB-yə qoşulmağımız üçün Xocalı soyqırımını törətdi”

Tarix: 26-02-2017, 19:02 Bölmə :Ölkə Baxış: 640
Tahir Əliyev: “Rusiya MDB-yə qoşulmağımız üçün Xocalı soyqırımını törətdi”

Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 25 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib.
Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
“Gündəm Xəbər” bildirir ki, 1992-ci ildə Müdafiə Naziri olmuş Tahir Əliyev Modern.az-a açıqlamasında həmin gecə baş verənlər barədə danışıb. O, bildirib ki, Xocalı faciəsinin törədilməsi siyasi məsələ idi.
“1992-ci ilin fevral ayının 24-də Müdafiə Naziri təyin edildim. Ayın 25-də də faciə törədildi. Həmin vaxt məndən əvvəlki müdafiə naziri Şahin Musayevi Ağdama göndərdim. Şahin Musayev o zaman general idi. Fevralın 25-dən başlayaraq, 26-sı, 27-si, 28-i tarixlərdə Şahin Musayev orada olmuşdu. Amma mən faciə baş verən gecə Xocalıda olmamışam. 8-10 gün əvvəl oradan çıxmışam. Amma vəziyyət çox pis idi.
Xocalı faciəsinin tördilməsi siyasi məsələ idi. MDB-yə daxil olmağımızla bağlı Azərbaycanın qarşısına konkret məqsəd qoyulmuşdu. Xocalı faciəsinin törədilməsi ilə bağlı Rusiyanın 366-cı motoatıcı alayına xüsusi göstəriş verilmişdi. Onlar da öz murdar niyyətlərini amansızlıqla həyata keçirdi”.
Tahir Əliyev, həmin gecə milli ordunun silahla təchiz olunması məsələsinə də aydınlıq gətirib.
“Bizim ordunun yalnız avtomat silahı vardı. 366-cı alayın qarşısında avtomat necə tab gətirə bilərdi?! Bu, mümkün deyildi. Digər tərəfdən, Azərbycanın müdafiə nazirliyi yox idi. Yəni adı vardı, amma özü yox. Ona görə də hansı silahdan danışmaq olar?! Onlar Qradla, tankla, BMP-lə, ağır texnika ilə Xocalıya hücum etmişdilər. Xocalıda isə bizim həmin texniklardan yoxumuz idi. Xocalı blokadada idi. Ona görə də Xocalını müdafiə etmək qeyri-mümkün idi. Bircə yol hərbi vertolyotlarla dinc əhalini Xocalıdan çıxarmaq idi. O dövrdə isə hərbi vertolyotlarımız da yox idi”.
O zamankı hakimiyyətin ermənilər tərəfindən Xocalıda faciə törədilməsi məsələsindən xəbərdar olmasına gəlincə,
“Həmin vaxtlarda hər gün bir yer yandırılırdı. Kəlbəcərdə, Qubadlıda, Şuşada və digər bölgələrdə erməni təxribatı öz işini görürdü. Göstəriş bu formada verilmişdi. Bizim də təzyiqlərin qarşısını almağa hərbi qüvvəmiz yox idi. Ona görə də konkret xəbərdar olmağımızla bağlı versiyalar absurddur”-deyə keçmiş müdafiə naziri bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq

    Xocalı faciəsinin 25-ci ildönümü qeyd olunacaq ...

    25-01-2017, 23:47

  • 
  • “Qarabağın işğalı bütün İslam dünyasının problemidir” – Baş müşavir

    “Qarabağın işğalı bütün İslam dünyasının ...

    26-02-2017, 18:56

  • 
  • XX əsrin faciəsi: Xocalı soyqırımından 25 il ötür

    XX əsrin faciəsi: Xocalı soyqırımından 25 il ötür ...

    26-02-2017, 12:24

  • 
  • Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür

    Qaradağlı kəndində törədilən qətliamdan 24 il ötür ...

    17-02-2016, 00:36

  • 
  • Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə əlaqədar yürüşdə iştirak ediblər

    Prezident İlham Əliyev və Birinci vitse-prezident ...

    26-02-2017, 12:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu