Bunu Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Anakarada keçirilən “Xocalı soyqırımı” adlı konfransda deyib.
Türkiyə prezidentinin müşaviri qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi bütün İslam dünyasının, 1 milyard 700 milyon müsəlmanın gündəliyində olmalıdır.
Topçu deyib ki: “Dağlıq Qarabağın işğalı yalnız Azərbaycanaın problemi deil. Bu problem Ər-Riyad, Kosovo, Qahirə və digər paytaxtlar üçün də aktualdır”.
Onun sözlərinə görə, Xocalı soyqırımının ermənilər tərəfindən törədilməsi faktını sübut edən 5 minə qədər yazılı sənədlər və videosübutlar var.
Müşavir qeyd edib: “Parlament 1992-ci il fevralın 26-da bütün dünya ictimaiyyətinin gözü qarşısında Xocalıda törədilən cinayətləri soyqırım elan etməlidir”.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.
Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə – azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır. (Trend)
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?