GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nazir getdi... Ziya Məmmədovun müdhiş cinayət dosyesi gündəmə qayıtdı - Araşdırma

Nazir getdi... Ziya Məmmədovun müdhiş cinayət dosyesi gündəmə qayıtdı - Araşdırma

Tarix: 26-02-2017, 23:16 Bölmə :Ölkə Baxış: 533
Nazir getdi... Ziya Məmmədovun müdhiş cinayət dosyesi gündəmə qayıtdı - Araşdırma

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi Ziya Məmmədovu faktiki olaraq sadə vətəndaşa çevirdi

Onun 15 illik nazirliyi dövründə adı çoxmilyonluq korrupsiyada, qanunsuz əməllərdə, hətta cinayətlərdə hallanırdı.

Ötən illər ərzində nazirin ətrafında dolaşan ölüm kabusu adının mətbuat səhifələrindən kəm olmağa imkan vermirdi. Son belə hadisə 4 il əvvəl, 2013-cü ilin iyulunda baş vermişdi.

2013-cü il iyulun 17-də Türkiyənin “Hürriyet” qəzetində Yalçın Bayerin bir köşə yazısı dərc edildi. Yazıda nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun mühafizəçisi olan bir Türkiyə vətəndaşının güllələnməsindən bəhs edilirdi.

“Azeri Bakanın türk korumasına ne oldu?” başlıqlı yazıda bildirilirdi ki, İsmayıl Gənc adlı mühafizəçi Anar Məmmədovun başqa cangüdənləri ilə atışma zamanı güllə yarası alıb və onun harada olduğu, öldüsü-qaldısı bu gün də bəlli deyil.

Sonradan qəzet sözügedən olayla bağlı daha ətraflı, müfəssəl məlumat yaymışdı. Məlum oldu ki, 2012-ci il mayın 14-də Antalyada, Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının və “Garant Holding”in prezidenti Anar Məmmədovun mühafizəçiləri arasında qanlı olay yaşanıb.

Hadisə A.Məmmədovun mühafizəsinin rəisi olan 51 yaşındakı təqaüddəki zabit İsmayıl Gənclə mühafizəçi, 35 yaşındakı Kubilay Göl arasında baş vermişdi. Həmin vaxt Kubilay Göl odlu silahla İsmayıl Gənci yaralamışdı.

Mühafizəçinin qətli üçün sabiq nazirin oğlunun 500 min dollar təklif etməsi də iddialar sırasında idi.

A.Məmmədov hesab edirmiş ki, İsmayıl Gənc onun Azərbaycandan Türkiyəyə köçürdüyü qara pullardan oğurlayırmış. Mühafizəçinin sonrakı aqibəti bilinmədi. Cinayət işinin nəticəsi də bu günə qədər açıqlanmayıb.

Bu olay Məmmədovlar ətrafında baş verən ilk qanlı olay deyildi. Salyan qəbiristanlığında Məmmədovların mühafizəçisi olmuş Nizami Dadaşovun məzarı var. O, 2000-ci ilin mayına qədər Məmmədovların mühafizəçilərindən olub. İdmançı olan həmin şəxs güllə ilə vurularaq öldürülüb. Rəsmi versiyalarda onun avtomobil qəzasında həlak olduğu iddia edilib.

Amma camaat arasında belə söhbət gəzirdi ki, meyiti yuyan molla “mərhumun bədənində güllə yarası var” sözlərini ağzından qaçırıb. Bundan sonra bir neçə gün yoxa çıxıb, sonra isə bu söhbəti tamamilə “unudub”.

N.Dadaşovun öldürülməsindən bir müddət sonra Ziya Məmmədovun başqa bir mühafizəçisi, Şimali Qafqazdan olan Altaf adlı idmançı yoxa çıxıb. Mühafizəçi Azərbaycan vətəndaşı olmadığına görə onun necə yoxa çıxdığı, öldüsü-qaldısı bu gün də bilinmir.

Z.Məmmədovun daha bir mühafizəçi, Masallıdan olan Eldəniz Qurbanovu 2008-ci il, martın 1-də qətlə yetiriblər. Bu günə qədər bu qətlin hansı şəraitdə törədilməsi ictimiyyətdən gizlədilər.
Məlum olan odur ki, 2008-ci ildə Nəsimi rayon prokuroru Aqşin Ziyadov dələduzluqda təqsirləndirilən Emin Əmirovun bu iş üzrə şahid qismində dindirilməsini tələb edib.

Prokurorun sorğusuna əsasən E.Əmirovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə olan cinayət işi ona göndərilib. A.Ziyadov özü mətbuata deyib ki, E.Əmirov bu işdə yalnız şahid qismində dindirilir.

Prokuror istintaq sirrinə əsaslanıb məlumat verməyib. Z.Məmmədovun Cəmil adlı cangüdəni isə vaxtilə Salyanın Qaraqaşlı kəndində yaşayıb.

O, nazirin mühafizəsindən ayrılandan sonra ciddi təqiblərə məruz qalıb. Belə məlumat var ki, onu uzaq Sibirdə aşkarlayıb qətlə yetiriblər. Bu Məmmədovlar ətrafındakı ölüm kabusunun ağuşuna aldığı şəxslərin tam siyahısı deyil.

Politika.az yada salır ki, 2015-ci il martın 11-də paytaxtın Yasamal rayonu ərazisindəki ofisində 1974-cü il təvəllüdlü Füzuli Qasımovun meyiti aşkarlandı. Onun həyatına ürək nahiyəsinə açılan atəşlə son qoyulduğu bilindi.

O dövrdə mətbuatda gedən bir yazıdan sitat: “Biz bu torpaqları erməniyə vermədik, buradakı iş yerimizi Ziya Məmmədova da verməyəcəyik. Bizim çörəyimiz əlimizdən alınır.

Biz heç nədən qorxmuruq, çəkinmirik. Prezidentimiz İlham Əliyevə güvənirik. Biz dövlətimizdən ötəri canımızı qoymuşuq” - bu sözləri Füzuli Qasımov demişdi.
Bildirirdi ki, Ziya Məmmədov Goranboyun Yuxarı Ağcakənd kəndindəki sahibkarların əmlakını ələ keçirib.

Ölüm ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandı. Və bu ölüm işi də digəriləri kimi araşdırılmamış qaldı. Z.Məmmədov isə artıq nazir deyil, adi vətəndaşdır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə səfirliyi Anar Məmmədovun mühafizəçisinin güllələnməsini araşdırır

    Türkiyə səfirliyi Anar Məmmədovun mühafizəçisinin ...

    19-07-2013, 12:36

  • 
  • Ziya Məmmədovun media layihəsi baş tutmadı

    Ziya Məmmədovun media layihəsi baş tutmadı ...

    16-05-2014, 10:52

  • 
  • Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina edir? - Sensasion iddia

    Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina ...

    9-06-2016, 01:23

  • 
  • Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... - Atası ilə əlaqədar problemlərlə bağlı...

    Ziya Məmmədovun oğlu Azərbaycandan qaçaq düşdü... ...

    28-09-2015, 12:50

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu