Partiya ölkə ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciət etdi
Klassik Xalq Cəbhəsi Partiyası “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəriyə dövlət ittihamçısının 5 il cəza istəməsinə etiraz olaraq bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın hakim dairələrinin “Gündəm Xəbər” qəzetinə qarşı uzun müddətdir ki, apardığı təzyiq kampaniyasının son nəticədə belə bir sonluğa gətirib çıxaracağı gözlənilən idi. Müstəqil mətbuat nümunələrindən olan “Gündəm Xəbər” qəzetinin əsassız vergi ittihamları ilə üzləşməsi heç çübhəsiz ki, qəzetin susdurulmasına hesablanmışdı. Bu gün Gəncə şəhər Kəpəz rayon məhkəməsində qəzetin baş direktoru Şirin Cəfəriyə dövlət ittihamçısının 5 il cəza istməsi hakimiyyətin ölkədə söz azadlığının mövcudluğu barədə bəyanatlarının əsassız olduğunu bir daha sübut etdi. Klassik Xalq Cəbhəsi Partiyası olaraq “Gündəm Xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəriyə qarşı ədalətsiz məhkəmə prosesinə, prokurorluğun tutduğu qərəzli mövqeyə etiraz edir, bunu ölkədə söz və mətbuat azadlığına qarşı növbəti basqı kimi qiymətləndiririk. Partiya Ş.Cəfərinin hüquqlarının müdafiəsilə bağlı gərək olan bütün addımları atacaq, müdafiənin əhatə dairəsinin genişlənməsi işində yaxından iştirak edəcək. KXCP ölkə ictimaiyyətini və beynəlxalq təşkilatları da “Gündəm Xəbər” qəzetinin müdafiəsinə qalxmağa çağırır”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?