Tərtər icra başçısı ilə bağlı ilginc məlumatlar əldə etmişik.
Azerinews.tv-ni məlumatlandıran mənbənin iddiasına görə icra başçısı Müstəqim Məmmədov 2014-cü ilin may ayından, yəni təyinatı verilən gündən, indiyə qədər demək olar ki, hər gün saat 5-dən sonra işdə çıxaraq, ya anadan olduğu Yevlax şəhərinə, ya da ki, Gəncəyə üz tutur. Başçıya yaxın adamlardan birinin dediyinə görə, o, bu addımı şəxsi təhlükəsizliyi üçün etyini bildirir. Onun dediyinə görə, gecələr icra başçısı top və güllə səsindən və erməni basqınından qorxduğu üçün Tərtərdə qala bilmir. Mənbənin verdiyi bir digər məlumatda isə, icra başçı rayonda olan bəzi qara qüvvələrdən də çəkinərək, ehtiyat etdiyi üçün belə bir addım atıldığı vurğulanır...
Onuda qeyd edək ki, Prezident İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə Tərtər rayon icra başçısı təyin edilən Müstəqim Məmmədovun 47 yaşı var. Yanlış yozulmasın, bu yaşda adamın illərdi vəlvələdə olması, az yaşlı uşağın gecələr "XOXAN"dan qorxub "pampers"də yatmağına bənzəməsin...
Sorğu
Yeni dizaynımız necədir?