Dünən, fevralın 28-də Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
“Gündəm Xəbər” “Turan” Agentliyinə istinadən bildirir ki, iclasda əfv edilməsini istəyən 100-dən artıq məhbusun müraciətinə baxılıb. Komissiya üzvləri baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verib. Xəbərdə qeyd edilir ki, bu il ərzində komissiyada baxılmış müraciətlərin sayı 350-ni ötüb. Komissiyaya göndərilən müraciətlərin ümumi sayı isə 800-dən artıqdır. Komissiyanın bu həftə yenidən toplanacağı bildirilir. Prezident yanında Əfv Məsələləri Komissiya 2017-ci ildə ilk dəfə fevralın 16-da toplaşmışdı. Ardınca komissiyanın daha bir iclası olmuşdu. Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözlədiklərini bildiriblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?