GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda gəncləri tələyə salan qızlar... - Dəstə həbs olundu

Bakıda gəncləri tələyə salan qızlar... - Dəstə həbs olundu

Tarix: 1-03-2017, 00:36 Bölmə :Ölkə Baxış: 483
Bakıda gəncləri tələyə salan qızlar... - Dəstə həbs olundu

Uzun müddətdir mediada haqqında tez-tez məlumatlar dərc olunan cinayətkar qrup zərərsizləşdirilib.

Bakıda sosial şəbəkələr üzərindən özlərinə qurban cəlb edib onu kafeyə çağıraraq orada külli miqdarda hesab ödəməyə məcbur edən mütəşəkkil dəstə üzvləri saxlanılıb.

Belə ki, vətəndaşların müraciətlərindən sonra ötən ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb. İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs edilib. R.Xəlilov bir neçə ay axtarışda olub və ötən ilin sentyabr ayında saxlanılıb, həmin zaman üzərindən soyuq silah olan bıçaq aşkar edilib. Digər şəxslər isə may ayında saxlanılıblar.

Bakıda gəncləri tələyə salan qızlar... - Dəstə həbs olundu

Dəstənin rəhbəri

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə “Facebook” və “Odnoklassniki”də intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng edərək tora düşən gəncləri müəyyən olunan kafeyə dəvət ediblər. Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub. Sonradan isə qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb döyərək ciblərindəki pulu götürüblər. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr hər birində oxşar olub.

İstintaq zamanı müəyyən edilib ki, mütəşəkkil dəstə mütəmadi olaraq yerlərini dəyişib, eyni məkanda uzun müdddət fəaliyyət göstərməyiblər. Belə ki, zərərçəkmişlər – Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Eldəniz Rüstəmov və Gürcüstan vətəndaşı 1982-ci il təvəllüdlü Əliş Rəhimlinin epizodu üzrə cinayət hadisəsi Ə.Cavad küçəsində yerləşən “Rublyovka” klubunda baş verib. E.Rüstəmovdan 50, Ə.Rəhimlidən 45 manat alıblar.

Bakıda gəncləri tələyə salan qızlar... - Dəstə həbs olundu

Dəstə üzvlərinin istifadə etdikləri bir çox məkanın adı belə olmayıb. Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Məmmədovdan 130 manat pulu hədə-qorxu gələrək və döyərək R.Zorge küçəsi 12c saylı ünvanda yerləşən kafedə alıblar. Digər cinayətlər isə Puşkin küçəsi 10 saylı ünvanda yerləşən kafedə baş tutub. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İlkin Qəhrəmanovdan 50 manat, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elxan Abbasovun 40 manat, Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Sakit Qurbanovdan 65 manat, Yardımlı rayon sakini, 1986-cı il təvəllüdlü Muxtar Sətiyevdən 740 manat pulu bu kafedə alıblar. Həmin zaman zərərçəkmişlərin hər biri döyülərək xəsarət alıb.

E.Balakişiyev barmen kimi fəaliyyət göstərib, müştəri hesabı ödəmədikdən sonra digər dəstə üzvləri ilə birlikdə ondan pulun zorla alınmasında iştirak edib. Maraqlıdır ki, bütün müştərilərə təqdim edilən saxta hesab 153 manat olub.

Təqsirləndirilən şəxslərdən İ.Meybullayev, R.Rəhimov, E.Balakişiyev və A.Məmmədov Cinayət Məcəlləsinin 180.3.1-ci (soyğunçuluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə, A.Musayevə CM-nin 180.3.1 və 182.3.1-ci maddələri ilə, R.Xəlilov isə 180.3.1, 181.3.1, 182.3.1 və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham ediliblər. R.Xəlilov bundan əvvəl Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə məhkum olunub.

Bakıda gəncləri tələyə salan qızlar... - Dəstə həbs olundu

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bununla yanaşı, digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, “Gülü”, “Leyla” adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürülüb. Bununla bağlı da araşdırmalar davam etdirilir. G.Əsgərova istintaq zamanı şahid qismində dindirilərkən bütün cinayətləri etiraf edib. Digər təqsirləndirilənlər də özlərini qismən təqsirli bildiklərini deyiblər.(qafqazinfo)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda uşaqların telefonlarını zorla mənimsəyən dələduz tutulub

    Bakıda uşaqların telefonlarını zorla mənimsəyən ...

    16-09-2015, 12:41

  • 
  • Bakıda cibgirliklə məşğul olan kişi və qadın tutulub

    Bakıda cibgirliklə məşğul olan kişi və qadın ...

    7-03-2016, 15:04

  • 
  • Salyan sakini intihara cəhd edib

    Salyan sakini intihara cəhd edib ...

    10-02-2016, 23:47

  • 
  • Bakıda taksi sürücüsünü soydular

    Bakıda taksi sürücüsünü soydular ...

    16-09-2015, 12:39

  • 
  • Balaxanı sakinini ağır yaralayan Bakı şəhər sakini yaxalanıb.

    Balaxanı sakinini ağır yaralayan Bakı şəhər ...

    7-11-2015, 18:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (101)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu