AĞACAN ABIYEV: “onlar İNTİZAM KOMİSSİYASINA DƏVƏT OLUNACAQlar, görək niyə gülüblər”
“Xocalı faciəsinə həsr olunan yürüşdə gülən deputatlara “çox sağ ol” deyilməyəcək.” “Gündəm Xəbər” bildirir ki, bunu aznews.az-a Milli Məclisin intizam komiyasının sədri, deputat Ağacan Abıyev deyib. O, bildirib ki, həmin deputatlar Milli Məclisin İntizam Komisiyasına dəvət olunacaq və məsələ dərindən araşdırılacaq: “Qoy, soruşaq görək nə deyəcəklər. Sözsüz ki, buna baxacaqlar. Onlara xəbərdarlıq olunacaq. Xocalının işğal günü nə gülüş? Olmamalıdır.” Ağacan Abıyev bu məsələdə iştirak edən şəxslərə cəza veriləcəyini qeyd edib. Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 4 deputat güldüyü zamanı görüntülənib. Deputat Nəriman Əliyev, Malik Həsənov, Rüstəm Xəlilov, İqbal Məmmədovun faciə qurbanlarına hörmətsizliyi narazılığa səbəb olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?