GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xudat üsyanının sualları

Xudat üsyanının sualları

Tarix: 14-05-2013, 12:53 Bölmə :Ölkə Baxış: 1 149
Xudat üsyanının sualları
Müsavat Partiyasının Xaçmaz təşkilatının sədri Heybət Əmrahın saxlandığı yer bəlli deyil

Mayın 9-da Xudatda baş verənlərə görə barəsində 10 sutkalıq həbs qərarı çıxarılmış Müsavat Partiyasının Xaçmaz təşkilatının sədri Heybət Əmrahın vəkili Nemət Kərimli onun saxlandığı yeri tapa bilmir: «Xaçmaz rayon Polis İdarəsində inzibati qaydada həbs olunanların müvəqqəti saxlama yerinin rəisi dedi ki, bizdə belə şəxs saxlanılmır».
Vəkil müvəkkilini DİN 102 xidməti vasitəsilə də axtarıb: «Amma yenə tapa bilmədim. Qanunla, ona imkan yaradılmalı idi ki, yaxınlarına saxlandığı yer barədə məlumat versin». O, bu gün (mayın 13-də) Heybət Əmrahla bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib. Heybət Əmrah mayın 9-dan 10-na keçən gecə yaşadığı mənzildən aparılıb. Ertəsi gün polis nəzarətində Xaçmaz məhkəməsinə gətirilərkən, o, AzadlıqRadiosunun müxbirinə bunları deyib: «Konkret heç nə demirlər. Tutulmağımın səbəbini bilmirəm. Gətiriblər məhkəməyə, görək nə olur».
Onunla birlikdə saxlanılan müsavatçı Fikrət Əliyev məhkəmə öncəsində AzadlıqRadiosu müxbirinə saxlanma səbəbini belə açıqlayıb: «Deyirlər guya biz hərbi hissənin qarşısında nümayişdə iştirak etmişik. Halbuki orada olmamışam. İndi gətiriblər bizi məhkəməyə».
Xaçmaz müsavatçıları Heybət Əmrah, Fikrət Əliyev, Ələddin Mirzəyev və bitərəf Nüsrət Qarayev Xudatda hadisələri qızışdırmaqda təqsirli bilinərək 10 sutkalıq həbs alsalar da, qohumlarının sözünə görə, harada saxlandıqları məlum deyil. Onlar 3 gündür ki, həbs edilənlərin yerini müəyyənləşdirməyə çalışırlar.
Heybət Əmrahın həyat yoldaşı: «Həmin gün yasdan gəlib, yatmışdı. Gecə saat 3-ün yarısı olardı, gəlib çağırdılar, özləri ilə apardılar. İnternetdə Xudat hadisələrindən yazmışdı, müsavatçılar deyirlər ki, ona görə tutulub».
Digər müsavatçıların – Fikrət Əliyevin, Ələddin Mirzəyevin və bitərəf Nüsrət Qarayevin ailələri AzadlıqRadiosuna danışmaq istəməyiblər. Xaçmaz polisi barəsində həbs qərarı seçilənlərin yerini öyrənmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə üz tutmağı məsləhət görür. DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə 10 sutka həbs cəzası almış müsavatçıların harada saxlanması barədə məlumatlı olmadıqlarını bildirib. Xudat sakini Rafiq Hüseynovun fikrincə, səs-küyə səbəb də, adamları etirazçıya çevirib birləşdirən də söyülüb-aşağılanmaları olub. Onun dediyinə görə, hadisələrin gedişində nədənsə söyüş məsələsi arxa plana keçib və müsavatçıların həbsi qabardılıb: «Bu səs-küy ona görə çıxdı ki, o (hərbçi geyimli şəxsi nəzərdə tutur – red.), bizi söydü. Həm də var-yoxumuza söydü. Sonra da əl atıb məni yumruqla vurdu, gəldilər ayırdılar. Ayıranları da söydü. Xudat camaatı sağ olsun ki, məni tək qoymadı, dəstəklədi. Elçin Quliyev də (Dövlət Sərhəd Xidmətinin komandanını nəzərdə tutur – red.) məni qəbul edib dinlədi. Necə izahat vermişəmsə, Elçin Quliyevə də elə danışdım. Yəni? hər şeyi olduğu kimi. O da soruşdu ki, işdən çıxarım onu? Mən də dedim işdən çıxarmaqla iş bitir? Bu adam bizi təhqir edib. Dedi, o sizin işinizdir».
Mayın 9-da günorta saatlarında Xudat sakini Rauf Hüseynovun avtomobili ilə Dövlət Sərhəd Xidməti hərbçilərinin avtomobili toqquşub. Olayın şahidi olduqlarını bildirən sakinlərin söylədiyinə görə, ərazidəki hərbi hissəsinin komandiri Rövşən Səfərov avtomobildən düşərək sürücünü və onun avtomobildə olan ailə üzvlərini söyüb. Sürücünün yanında oturmuş atası Rafiq Hüseynova da yumruq atıb və sillə vurub. Xudat sakinləri buna etiraz olaraq küçəyə çıxıblar və hərbçinin cəzalandırılmasını tələb ediblər. Əraziyə Dövlət Sərhəd Xidmətinin komandanı Elçin Quliyev gəlib, adamlarla görüşərək araşdırma aparılacağını və hərbçinin hərəkətləri ilə bağlı tədbir görüləcəyini vəd edib.
Dövlət Sərhəd Xidməti hadisəyə hələ də rəsmi münasibət bildirməyib.

Esmira Cavadova,Cəmil Məmmədli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaçmazda Müsavat partiyasının rayon təşkilatının sədri olmaqla 10 nəfər həbs olundu

    Xaçmazda Müsavat partiyasının rayon təşkilatının ...

    10-05-2013, 02:54

  • 
  • DİN Xudat olaylarında müxalifəti günahlandırdı

    DİN Xudat olaylarında müxalifəti günahlandırdı ...

    10-05-2013, 14:31

  • 
  • Bilmirəm məni niyə tutublar-VİDEO

    Bilmirəm məni niyə tutublar-VİDEO ...

    11-05-2013, 11:46

  • 
  • Xudat üsyanının təfərrüatları

    Xudat üsyanının təfərrüatları ...

    12-05-2013, 23:01

  • 
  • Kirayəşin ev sahibini bıçaqladı- Xudatda

    Kirayəşin ev sahibini bıçaqladı- Xudatda ...

    3-02-2014, 10:18


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu