Xaçmaz rayonunda gecə həbsləri başladı.Rayondakı müxalifət fəalları polis tərəfindən həbs olundu və hazırda həbslər davam edir.Rayondakı mənbəmizin bildirdiyinə görə Xudatda yerli sakinlər tərəfindən keçirilən etiraz aksiyasına görə həbslərə başlanılıb.Hazırda 10 nəfərin həbs olundugu bildirilir.Həbs olunanlar içərsində Müsavat partiyasının Xaçmaz rayon şöbəsinin sədri hazırda mülki geyimlilər tərəfindən evindən çıxarılaraq rayon polis şöbəsinə aparılıb.Hazırda rayon ərazisində həbslər davam edir.artıq 10 nəfərin saxalnıldıgı bildirilir. Xatırladaq ki, bu gün Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin Rövşən adlı komandiri Xudat yolunda avtoqəza törədib. Səbəbkarın özünün olmasına baxmayaraq, hərbçı maşından düşərək nalayiq ifadələr işlədib. Qəza iştirakçısı olan digər avtomobildə qadın və uşaqların olması da onu sakitləşdirməyib. Ətrafdakılar hərbçinin hərəkətlərinə etiraz etdikdə o, təhqiramiz ifadələrini Xudat əhalisinə şamil edib. Bu isə emosiyaları daha da qızışdırıb və əhali baş verənlərə etiraz olaraq Xudatın mərkəzinə axışmasına səbəb olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?