"İlkin məlumata görə, "Ford Tranzit" markalı avtomobilin sürücüsü manevretmə qaydalarını pozub və kərpiclə yüklü olan, yol qırağında dayanmış yük avtomobilinə çırpılıb".
Bu barədə Sputnik Azərbaycan-a DİN-in Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Bununla yanaşı, K.Əliyev deyib ki, sürücü sərnişindaşıma qaydalarını pozub. "Ölən və yaralananların ümumi sayını nəzərə alsaq, sürücü maşını ayaq üstə dayanan sərnişinlərlə ağızbaağız doldurub. Lakin "Ford Tranzit"-də cəmi 18 sərnişin yeri var" — deyə Əliyev bildirib. Onun sözlərinə görə, uzaq məsafəyə ayaq üstə sərnişin götürmək qadağandır: "Biz həmişə vətəndaşlara xəbərdarlıq edirik ki, belə avtomobillərə minməsinlər. Amma onlar bizim xəbərdarlığımıza ciddi yanaşmırlar. Biz sürücüləri də xəbərdar edirik ki, artıq sərnişin götürməyin. Çünki bilirik ki, bu, faciə ilə nəticələnəcək". Əliyev "Polis sərnişin daşınması qaydasını pozan sürücülərə qarşı hansı sanksiyaları tətbiq edir" sualına cavab verməkdə çətinlik çəkib.
Sorğu
Yeni dizaynımız necədir?