Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə və Horadiz rayonuna səfər edib. Xəbəri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayıb. Bildirilib ki, Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastruktur inşa ediləcək. Növbəti mərhələdə150 evin və digər infrastrukturun tikintisi və bərpası nəzərdə tutulur. Horadiz isə 1994-cü ildə işğaldan azad edildikdən sonra burada bərpa-yenidənqurma, abadlıq-quruculuq işləri aparılıb. Hazırda Horadiz Fransanın Altkirch şəhəri ilə qardaşlaşmış şəhərdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?