GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cocuq Mərcanlı öz sakinlərini gözləyir... - Foto

Cocuq Mərcanlı öz sakinlərini gözləyir... - Foto

Tarix: 26-01-2017, 23:32 Bölmə :Ölkə Baxış: 934
Cocuq Mərcanlı öz sakinlərini gözləyir... - Foto

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib.

Azərtac-ın müxbiri Cocuq Mərcanlı kəndinə gedib, 23 ildir burada yaşayan yeganə ailənin həyat şəraiti ilə tanış olub. Düşmənlə üz-üzə, onun gözünə dik baxaraq öz ev-eşiyində yaşamağı hər şeydən uca tutan Həziyevlər ailəsinin qeyrəti, dəyanəti, Vətən, yurd sevgisi hər kəsə nümunə ola biləcək çox ibrətli bir hekayədir.

Cocuq Mərcanlı işğal olunanda doğma kəndi tərk etməyə məcbur olan Həziyevlər ailəsi dədə-baba yurdları azad edilən kimi geri qayıdıb. Ailənin başçısı Oqtay Həziyev deyir: “Kəndimiz işğaldan azad olunan vaxtdan ordumuza güvənərək burada yaşayırıq. İlk vaxtlar çətinliklərimiz çox olub. Lakin heç vaxt kənddən çıxmaq barədə düşünməmişik. Çünki bura bizim doğma torpağımızdır. Əkin-biçinlə, heyvandarlıqla məşğul olaraq təsərrüfatımızı böyütmüşük. Mal-qara, toyuq-cücə saxlayırıq, arıçılıqla məşğuluq. Taxıl, yonca, arpa və bostan bitkiləri əkirik. Dövlət tərəfindən bizə hər cür dəstək göstərilir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün “Aqrolizinq” ASC tərəfindən texnikalar da verilib”.

Horadiz əməliyyatından 22 il sonra, ötən ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgərlərimizlə görüşü isə Həziyevlər ailəsində böyük ruh yüksəkliyi yaratdı... Bu qələbə nəticəsində cocuq mərcanlılar doğma yurdlarına qayıdaraq yenidən öz həyatlarını qura bilərlər. Artıq həmin ərazilərdə əsaslı yenidənqurma işlərinə start verilib.

Prezidentin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamını alqışlayan O.Həziyev kənd sakinlərinə müraciət edərək, onları doğma yurda qayıtmağa çağırıb.

Oqtay Həziyevin oğlu Ülvinin 22 yaşı var. Deyir ki, Cocuq Mərcanlıda doğulub-böyüyüb. Ötən ilin aprel ayında baş verən döyüşlər zamanı da evlərini tərk etməyiblər. Ordumuza, Ali Baş Komandana arxalanaraq, doğma kəndlərində yaşayırlar. Ən böyük istəyi isə əhalinin, həmyaşıdlarının kəndə qayıtmasıdır.

Artıq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə başlanılıb. ANAMA-nın Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Fehruz Mahmudov bildirib ki, kəndin 360 min kvadratmetr ərazisində kəşfiyyat işləri tamamlanıb. 30 min kvadratmetrdən çox ərazi təmizlənib. Əməliyyatlar tam gücü ilə aparılır və tezliklə bu torpaqlar yeni yaşayış məkanlarının salınması üçün hazır vəziyyətə gətiriləcək.

Prezidentin Sərəncamının Xuraman xanımda doğurduğu sevinc hissi

2016-cı ilin aprel döyüşləri Böyük Qayıdışa bir işarə idi. Cocuq Mərcanlının təhlükəsizliyi təmin olunduqdan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev kənd sakinlərini sevindirən daha bir qərara imza atdı. İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında 2017-ci il 24 yanvar tarixli Sərəncam nəinki bu kəndin və cəbrayıllıların, bütün Azərbaycan xalqının ürəyindən xəbər verdi.

Ailənin digər üzvü Xuraman xanım kəndlərinin bərpa olunması ilə bağlı Sərəncamın doğurduğu sevinc hissini belə ifadə edib: “Sevinirik ki, kəndimiz abadlaşacaq, sakinlər yurd-yuvalarına qayıdacaqlar. Gözəl günlər olacaq. Bundan artıq nə istəyə bilərik...”.

Artıq Cocuq Mərcanlının sakinləri doğma kəndə qayıtmağa tələsirlər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, işğaldan əvvəl kənddə 400 ailə yaşayıb. Cocuq Mərcanlıya köçmək üçün indiyədək Komitəyə 190 ailə müraciət edib. Prezidentin Sərəncamı ilə bərpa işlərinə 4 milyon manat vəsait ayrılıb. Kənddə 50 ev və bir məktəb binası tikiləcək. Hazırda layihə hazırlanır. İlkin olaraq kəndə 50 ailə köçürüləcək və təbii ki, proses sonra da davam edəcək.

İşğal altındakı digər torpaqlarımız da Cocuq Mərcanlı kimi öz sakinlərinin həsrətindədir. Ordumuzun aprel zəfəri, dövlətimizin başçısının Cocuq Mərcanlının bərpası ilə bağlı imzaladığı Sərəncam düşmən tapdağı altındakı torpaqlarımızın azad olunacağı günün ilk müjdəçiləridir.

Cocuq Mərcanlı öz sakinlərini qarşılamağa hazırlaşır.

Cocuq Mərcanlı öz sakinlərini gözləyir... - Foto
Cocuq Mərcanlı öz sakinlərini gözləyir... - Foto
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün 4 milyon manat ayrıldı

    İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin ...

    24-01-2017, 20:56

  • 
  • Cocuq Mərcanlının 80 yaşlı sakini: "Hamı kəndimizə qayıtsın" - REPORTAJ

    Cocuq Mərcanlının 80 yaşlı sakini: "Hamı ...

    26-01-2017, 23:34

  • 
  • Ermənilərin girov götürdüyü şəxsin Cəbrayılda çəkdiyi son video

    Ermənilərin girov götürdüyü şəxsin Cəbrayılda ...

    30-07-2014, 11:07

  • 
  • 23 ildən sonra ilk dəfə: sakinlər Cocuqmərcanlı qəbiristanlığını ziyarət edir

    23 ildən sonra ilk dəfə: sakinlər Cocuqmərcanlı ...

    7-04-2016, 16:48

  • 
  • Qarabağda generallar arasında qarşıdurma qızışdı: “1 gündə 21 kilometr geri çəkilən kim idi?”

    Qarabağda generallar arasında qarşıdurma qızışdı: ...

    9-06-2016, 00:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu