GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Müdafiə Nazirliyinin baş zabitlərinə cəza verildi

Müdafiə Nazirliyinin baş zabitlərinə cəza verildi

Tarix: 14-03-2017, 19:48 Bölmə :Ölkə Baxış: 565
Müdafiə Nazirliyinin baş zabitlərinə cəza verildi

Hərbi hissə komandirlərindən və zabitlərindən rüşvət yığan nazirliyin vəzifəli şəxsləri həbsxanaya göndərildi

Müdafiə Nazirliyinin Baş hərbi inspeksiyasının hərbi hava qüvvələri şöbə-sinin sabiq baş zabiti-inspektoru, polkovnik-leytenant Ələsgər Musayev, Müdafiə Nazirliyinin Baş hərbi inspeksiyasının planlaşdırma şöbəsinin sabiq baş zabiti-inspektoru, mayor, Rövşən Məmmədli və nazirliyin baş hərbi inspeksiyasının hərbi hava qüvvələri şöbəsinin baş zabiti-inspektoru Seymur Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttiham aktına görə, Ələsgər Musayev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavininin 20 aprel 2015-ci il tarixli 111 saylı əmri ilə yaradılmış komissiyanın üzvü olub. O, həmin ilin iş planına əsasən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin fiziki hazırlıq səviyyəsini yoxlayıb.

Ələsgər Musayev yoxlama komissiyasının digər üzvü, həmin nazirliyin baş hərbi inspeksiyasının hərbi hava qüvvələri şöbəsinin baş zabiti-inspektoru Seymur Ağayev ilə əlbir olub. Onlar cinayət əlaqəsinə girməklə, 20-25 aprel 2015-ci il tarixlərdə hərbi hissə üzrə aparılan yoxlama zamanı fiziki hazırlıq səviyyəsi yoxlanılan 2-ci taborun 6-cı bölüyünün, 3-cü taborun 10-cu bölüyünün, 4-cu taborun 14-cü bölüyünün, artilleriya divizionunun, tank əleyhinə batareyanın, əlahiddə minaatan batareyasının, reaktiv artilleriya batareyasının və zenit-raket artilleriyası batareyasının şəxsi heyətinə, eləcə də

hərbi hissənin idarə heyətinin və bölmələrin zabitlərinə məqbul qiymətlərin verilməsi və ya topladıqları keyfiyyət ballarının yüksəldilməsi üçün həmin bölmələrin ayrı-ayrı vəzifəli şəxslərindən cəmi 1800 manat rüşvət istəyiblər.

Ələsgər Musayev və Seymur Ağayev yoxlama keçirilən dövrdə hərbi hissənin ərazisində 1400 manatı hərbi hissənin əməliyyat bölmə rəisinin idman və fiziki hazırlıq üzrə köməkçisi vəzifəsində işləyən Nizayi Rüstəmovdan, 400 manatını isə hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi vəzifəsində işləmiş Elnur Əbliyevdən alıblar.

Həmin hərbi hissədə eyni yoxlamanı Rövşən Məmmədli də aparıb. O, 20-25 aprel 2015-ci il tarixlərdə hərbi hissə üzrə aparılan yoxlama zamanı yoxladığı hərbi hissəsinin maliyyə xidmətinə məqbul qiymət və yüksək keyfiyyət balının verilməsi, eləcə də komissiya üzvü olmaqla ümumi himayədarlıq göstərilərək qeyri-məqbul qiymətləndirilmiş struktur bölmələrin təkrar yoxlamaya buraxılması və fəaliyyətlərinin məqbul qiymətləndirilməsi üçün həmin hərbi hissənin komandiri vəzifəsində işləmiş Qorxmaz Əbilovdan 10 000 manat istəyib. O, qeyd olunan məbləği Qorxmaz Əbilovdan hərbi hissənin ərazisində alıb.

Bundan başqa, Rövşən Məmmədli Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavininin 20 aprel 2015-ci il tarixli 111 saylı əmri ilə yaradılan və həmin ilin iş planına əsasən Müdafiə Nazirliyinin “N” saylı ümumi vəziyyətini və fəaliyyətini, döyüşə hazırlığının səviyyəsini, döyüş hazırlığının vəziyyətini, maliyyə və madditexniki təminat xidmətlərinin təşkilini, mövcud qanunvericiliklə müəyyən

edilmiş vəzifələrə əməl olunmasını, hazırlıqlarını və normalara uyğun fəaliyyət göstərmələrini yoxlayıb.

Rövşən Məmmədli yoxlamalarla bağlı qiymətləndirilmə aparakən 20-25 aprel 2015-ci il tarixlərində hərbi hissə üzrə aparılan yoxlama zamanı yoxladığı hərbi hissəsinin fiziki hazırlıq və maliyyə xidmətinə məqbul qiymət və yüksək keyfiyyət balının verilməsi, eləcə də komissiya üzvü olmaqla ümumi himayədarlıq göstərilərək hərbi hissənin fəaliyyətinin məqbul qiymətləndirilməsi üçün həmin hərbi hissənin komandiri vəzifəsində işləmiş Səxavət Əmirovdan 10 000 manat rüşvət istəyib. O, sonradan 7 000 manata razılaşıb və qeyd olunan məbləği rüşvət kimi alıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham ediliblər.

Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Seymur Ağayev, Ələsgər Musayev və Rövşən Məmmədlinin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar barələrində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyiblər.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən zabitlərin apelyasiya şikayətləri təmin edilməyib. Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər Ələsgər Muaseyev və Rövşən Məmmədli Ali Məhkəməyə müraciət edib. Digər təqsirləndirilən Seymur Ağayev isə məhkəməsinə müraciət etməyib.

Ali Məhkəmədə işə hakim Fərhad Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Ələsgər Musayev kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarını ləğv edilməsini, cinayət işini yenidən apelyasiya baxışına təyin edilməsini xahiş edib.

Digər təqsirləndirilən Rövşən Məmməli isə apelyasiya instansiyasının qərarının ləğv edilməsini, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Prosesdə Ələsgər Musayev kasasiya şikayətinə baxılmasından imtina edilməsi ilə bağlı hakim kollegiyasına məktub ünvanlayıb. O, məktubunda kasasiya şikayətini geri götürdüyünü qeyd edib.

Bu səbəbdən hakim kollegiyası qərar qəbul edərkən Ələsgər Musayevin məktubunu nəzərə alıb. Məhkəmə kasasiya şikayətinin müdafiə tərəfinə geri qaytarılması barədə qərar elan edib.

Məhkəmə həmçinin Rövşən Məmmədlinin kasasiya şikayətinin qismən təmin edilməsi barədə qərar açıqlayıb. Qərara görə, Rövşən Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilib və onun cəzası 5 ilə endirilib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı digər hissədə dəyişdirilmədən saxlanılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həbs edilən yüksək rütbəli hərbçilərin kimliyi bilindi

    Həbs edilən yüksək rütbəli hərbçilərin kimliyi ...

    30-07-2015, 23:53

  • 
  • General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi oldu

    General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin ...

    29-10-2015, 16:26

  • 
  • Müdafiə Nazirliyinin bəzi hərbi hissələri ləğv olundu

    Müdafiə Nazirliyinin bəzi hərbi hissələri ləğv ...

    16-01-2014, 16:04

  • 
  • Nazirliyin yüksək çinli zabitləri həbs edildi - Prezident işi nəzarətə götürdü

    Nazirliyin yüksək çinli zabitləri həbs edildi - ...

    30-07-2015, 00:25

  • 
  • Xarici ölkələrin hərbi attaşeləri Azərbaycan HDQ-nin bazasında

    Xarici ölkələrin hərbi attaşeləri Azərbaycan ...

    6-11-2015, 00:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu