gundemxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, tələbələrdən başqa ölən hər 3 şəxs Balakən rayonundan olan Turanə Xanıyevanın qohumları olub. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Beləliklə, ölənlərdən ikisi məhz Turanə Xanlayeva xalası və xalası qızıdır.
13:50
Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxlərin kimliyi məlum olub.
gundemxeber.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.
Mələk Abbasova və Turanə Xalıyevanın Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbəsi olduqları bildirilir.
Bundan başqa, Turanə və Lamiyə Xanlayevalar bacıdırlar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
12:55
Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
gundemxeber.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?