GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » DUAM KEÇMƏDİ, MÖVLUD

DUAM KEÇMƏDİ, MÖVLUD

Tarix: 17-03-2017, 22:40 Bölmə :Ölkə Baxış: 428
DUAM KEÇMƏDİ, MÖVLUD

Ay Mövlud, ay Mövlud, ay Mövlud .... Su torpağa hopan kimi canıma elə hopmuşdun ki... İçim söyünürdü, ruhum dincəlirdi hər Səni görəndə. İmana, dinə gəlirdim.
Ata, ana, Banu, Gündüz, Vətən, Bayraq, İncə, Ormeşən,… kimi Sevgimin bir adı da Səniydin. Hardan urcahıma çıxmışdın nə vaxt urcah olmuşdun ay tova xatırlamıram. Nə mənası var? Mənə elə gəlir Səninlə tanış olmamışdıq, tanış doğulmuşduq. O, qədər doğmaydın ki... Sanki bir ömür başqa dünyada doğma yaşayıb gəlmişdik bu dünyaya.

DUAM KEÇMƏDİ, MÖVLUD

Nə gözəl Türküydün. “Nə mutlu Türkəm deyənə” kəlməsi Sənin fiziki və mənəvi boyunda, halında, eşqində daha da yaraşıqlanırdı. Qazağı bilirdin, sazı bilirdin, sözü bilirdin, halı bilirdin deyə TÜRKÜ də bilirdin. Ona görə də Elçi BƏYİ pir bilirdin. Ağamalıynan nəfəs alırdın. Abbas, Alı, Ələsgər... Sənin eşqili başında, duru və pak səsində ayrı cür açılırdı. Bu dünyanı uşaq yaşında imtahan elədin Mövlud. Sevgi imtahanı, işıq imtahanı...
İçiyin işığınnan qara dünyamızın qaranlıqlarını yara-yara gedirdin. Bu dünyanın qaranlıqları Sənin işığını ala bilməsə də canını ağırlaşdırırdı. Və bir gün on yeddinci mərtəbədən uçmaq istəyərkən o ağırlıq Səni uçmağa qoymadı, çaxıldın yerə.
Mövlud, kim bilməsə də mən bilirəm ki, sən bu cəmiyyətdə ən güclü siyasətçilərin belə heç vaxt bacara bilməyəcəyi yolla – işıq yoluyla, havayla, suyla, hisslə, sevgiylə arıldırdın-duruldurdun insanları.
Mövlud, Sənin qazaxlılıq eləməyin də başqaydı. Ən böyük filosof da Qazaxdan çıxıb, ən yaxşı şair də Qazaxdan çıxıb, ən yaxşı hərbiçi də Qazaxdan çıxıb, ən yaxşı aşıq da Qazaxdan çıxıb... axırda da cılızların, yerlibazların canının ağırlaşmasına dözməyib ən pis adam da Qazaxdan çıxır deyirdin. İnsafən son dediyin fikrin misalı da çox uzaqdan olmurdu.
Mövlud, Sən də mənim kimi Göyçəbazıydın. Hələ bir dəfə məclislərin birində qalxıb belə bir şüar da söylədin
Qaldır yuxarı xancalı
Göyçə, Qazax, Borçalı
Belə şüarlar başqa ürəklərdə güllənə bilməzdi, Mövlud. Onu ancaq Sən deyə bilərdin. Sən deyəndə bal olurdu.
Sevinci dəli kimi sevirdin. Yenə də Sevinclə eyni profil işlədən vaxtlarıydı. Kaş o günlər yenə də olaydı. Bir kərəsində də Sevinclə inboxda nəsə ordan-burdan, yazı-pozu söhbətləri eləmişdik. Görüşəndə dedin ki, qağa, bizim qaraçıyla da feyzbukda cükküldəşirsən haaa... Dedim, ay əclaf, olmaya qısqanırsan? Yox, dədə canı, o qara qızı, mənəm ki, sevmişəm. Mənim kimi ipləməynən də ancaq o yol gedə bilərdi.
Qaraçı Türkü deyirdin Ucala. Ucalın günahına batdın, Mövlud. İnanıram. İnanmaq istəyirəm ki, Tanrı Sənin günahından keçəcək. Ancaq o günahı bizim ayağımıza yazacaq, gəncləri intihara sürükləyən bu xəstə cəmiyyətin ayağına yazacaq. Qonorar kəsənlərin, yetim haqqı yeyənlərin, əsgərdən rüşvət alanların, hərəmxanələrdən pul qazanıb harınlaşanların, şərə züy tutanların, yuva yıxanların və əlbəttə ki, bir az da mənim və cümlə dostlarının ayağına yazacaq.
Yazacaq, Mövlud, mütləq yazacaq.
Son görüşümüz də mənə bir dağ çəkdi, ay Mövlud . Ehtiramın ad günündən çıxanda gecə saat 12-dir. Qəribə bir istəklə dedin, gedək bir yerdə oturaq. Nəsir müəllim bizə bir məclis qurdu. Babək, Mehman, mən, Sən və Nəsir müəllim. Nə içdin, nə danışdıq. Eləcə bizi gözünə yığırsanmış. Məclisin sonunda mənə baxdın-baxıb boynuma sarılıb dedin ki, Həmid, Sənə qurvan olum, Səndən bir xahişim olacaq. Çətinə düşmüşəm, çox çətinə. Sənin kimi saf oğlanın duasına ehtiyacım var. Qurban olum, əlini dağlara tut, mənə dua elə. Nə billah elədimsə dərdini demədin. Sonra biləcəksən Sən eləcə dua elə dedin.
Sən uça bilmədiyin kimi mənim də duam keçmədi Mövlud.
Hava çox çirklənib...

Həmid Ormanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mövlud Mövlud intihar etdi - Özünü 17-ci mərtəbədən atdı

    Mövlud Mövlud intihar etdi - Özünü 17-ci ...

    16-03-2017, 20:39

  • 
  • Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verdi

    Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verdi ...

    2-04-2016, 21:27

  • 
  • Prokurorluq Mövlud Mövludla bağlı məlumat yaydı

    Prokurorluq Mövlud Mövludla bağlı məlumat yaydı ...

    17-03-2017, 22:35

  • 
  • Rus səfirini güllələyən polisin sevgilisi də həbs edilib

    Rus səfirini güllələyən polisin sevgilisi də həbs ...

    20-12-2016, 20:44

  • 
  • Tanınmış yazarı intihara SÜRÜKLƏYƏN SƏBƏB

    Tanınmış yazarı intihara SÜRÜKLƏYƏN SƏBƏB ...

    16-03-2017, 22:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu