Rusiyanın Ankarada səfirini qətlə yetirən Mövlud Mert Altıntaşla bağlı yeni məlumatlar açıqlanıb.
Ölke.az xəbər verir ki, bu səhər qatilin dayısı da həbs edilib.
Aydın vilayətinin Terrorla Mübarizə Şöbəsindən verilən açıqlamaya görə, Mövlud Mert Altıntaşın dayısı Həsən Furuncu "FETÖ”-yə bağlı özəl məktəblərdən birinin rəhbəri olub.
Həmin məktəb bağlanıb və Həsən Furuncu barəsində cinayət işi başlanıb. O, şəhəri tərk etməmək şərti ilə azadlığa buraxılıbmış.
Xatırladaq ki, səfirin qətli ilə bağlı Mövlud Mert Altıntaşın valideynləri, bacısı, sevgilisi, onunla eyni evdə qalan polis dostu da həbs olunub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?