GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 'Əvvəl dedilər, özü özünü vurub, dedim dörd güllə ilə?'

'Əvvəl dedilər, özü özünü vurub, dedim dörd güllə ilə?'

Tarix: 17-03-2017, 23:01 Bölmə :Ölkə Baxış: 524
'Əvvəl dedilər, özü özünü vurub, dedim dörd güllə ilə?'

Ata: “Arzulayırdıq ki, özü zəng vursun, ad gününü təbrik edək. Nicat deyildi, hərbi hissənin rəhbərliyindən idi”.
“Bir oğlum, bir qızım vardı. Oğlum belə faciəli əlimdən getdi, nəslim kəsildi. Qızım hər gün qardaşının şəklini öpüb ağlayır. Bu hadisələr niyə olur? Niyə qarşısı alınmır? Niyə azalmır? Həyatsevər, mehriban bir gənc qəbirə getdi, bir gənc həbsxanaya. Kimdir günahkar? Əlbəttə ki, hərbi hissə komandirləri. Nəzarətsizliyi yaradan onlardır. Əsgər yoldaşını öldürən əsgərlə yanaşı, o komandir də həbsdə oturmalıdır ki, başqalarına görk olsun. Övladlarımızı onlara etibar edib hərbiyə yollayırıq. Ümidlə yollarını gözləyirik, tabutlarını qarşılayırıq”.

'Əvvəl dedilər, özü özünü vurub, dedim dörd güllə ilə?'

“UŞAQ KİMİ SEVİNDİM”

Hacıqabulun II Meyniman kənd sakini Həzi Həziyev mətbuata müraciət edib. O, Sumqayıtdakı N saylı hərbi hissədə qətlə yetirilmiş 19 yaşlı oğlundan danışır.

Nicat Həziyev 2016-cı ilin yanvarında – doğum günündə hərbi xidmətə yollanıb. Düz 1 il sonra, bu il yanvarın 13-də xidmətdə olduğu Sumqayıtdakı N saylı hərbi hissədə avtomat silahdan açılan atəşlə qətlə yetirilib. Nicatın ailəsi onunla qətlindən ikicə həftə əvvəl görüşübmüş:
“Dekabrın 30-da Müdafiə Nazirliyi hərbi hissələrdə açıq qapı elan etmişdi. Biz də Hacıqabuldan gəldik, Nicatla görüşdük. Gətirdiyimiz sovqata görə sevindi, hər şeydən razılıq elədi. Yanvarın 13-də Nicatın, 14-də mənim doğum günümdür. Səhər hərbi hissədən zəng gəldi, uşaq kimi sevindim, çünki biz ona zəng edə bilmirdik, arzulayırdıq ki, özü zəng vursun, ad gününü təbrik edək. Nicat deyildi, hərbi hissənin rəhbərliyindən idi”.

OĞLUNUN NƏŞİNİ QAN İÇİNDƏ GÖRÜB

Bu zəng atanın ürəyini parça-parça edib. Vaxt itirmədən Bakıya – Papanindəki hospitala gəlib. Son ana qədər “kaş ki, şikəst olaydı, ancaq sağ qalaydı” duaları hərbi hospitalın həyətindəcə köpüyə çevrilib. Nicatın nəşini hərbi hissədən gətirən maşında, qan içində görüb:
“Əvvəl dedilər, guya özü özünü ehtiyatsızlıqdan vurub. Dedim, ehtiyatsızlıqdan dəyəydi bir güllə... Ehtiyatsızlıqdan insan özünə necə dörd dəfə atəş aça bilər? Həm də avtomatdan... Sonra dedilər, əsgər yoldaşı vurub, həbs olunub. Nicat hərbi hissədə postdakı əsgərlərin növbəsini dəyişirdi. Növbədən çıxanları aparıb, növbəsi çatanları gətirirdi. Mənə deyilənlərə görə, ayın 13-də səhər saat 6-da əsgər yoldaşlarından biri yuxuya qalıb, o da durğuzub ki, posta aparsın. Yuxudan durub, avtomatı götürüb, gülləylə biçib Nicatı...”
Ailənin ürəksızladan hekayəti bununla da bitmir. Ata oğlunun əsgərlikdən qayıdacağı gün üçün bəslədiyi heyvanı onun yas mərasimində kəsib, ehsan verib. Bunları AzadlıqRadiosu-nun müxbirinə danışan valideynlər göz yaşlarını saxlaya bilməyiblər.
NƏZARƏTSİZLİK

Beləcə, həm Nicatın, həm də atanın yanvarın 13 və 14-də qarşılayacaqları doğum günləri qan teştinə dönüb. Ata baş verənlərin nəzarətsizlikdən qaynaqlandığını hesab edir və təkcə əsgərin yox, əsgərə nəzarət etməli olan hərbi hissə rəhbərliyinin də cəzalandırılmasını istəyir.
Respublika Hərbi Prokurorluğundan “Qaynar xətt”ə bildirilib ki, Nicat Həziyevin ölüm işi üzrə Sumqayıt şəhər Prokurorluğunda cinayət işi qaldırılıb. Sumqayıt Hərbi Prokurorluğundan isə 2 ay əvvəl Cinayət Məcəlləsinin 120-ci maddəsiylə açılmış cinayət işinin istintaqı bitmədiyi üçün AzadlıqRadiosu-na əlavə məlumat verilməyəcəyi bildirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsgər özünü güllələdi

    Əsgər özünü güllələdi ...

    21-01-2014, 11:59

  • 
  • Ordunun əsgəri özünü güllə ilə yaralayıb

    Ordunun əsgəri özünü güllə ilə yaralayıb ...

    14-11-2013, 10:45

  • 
  • “Oğlumun başını bellə əzib öldürüb” –  Əsgər atası

    “Oğlumun başını bellə əzib öldürüb” – Əsgər atası ...

    9-12-2016, 14:21

  • 
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • Əsgər xidmət yoldaşını güllələyib

    Əsgər xidmət yoldaşını güllələyib ...

    9-11-2013, 11:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu