Respublika Klinik Xəstəxanasının doğum şöbəsinə soxulan iki nəfər naməlum şəxs tibb personalına və xəstələrə xəsarət yetirib. ANS TV-nin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Avtomobil qəzasına düşən naməlum kişi və qadın sərxoş vəziyyətdə xəstəxanının doğum şöbəsinin qəbul otağına müraciət edilərək müayinə edilmələrini tələb ediblər.
Bunun doğuş şöbəsində mümkün olmadığı izah edildikdə yaralı şəxslər hiddətlənərək xəstəxanının əməkdaşlarına hücum çəkiblər. Bununla da ürəkləri soyumayan naməlum qadın və kişi xəstəxananın ikinci mərtəbəsinə, doğuş şöbəsindəki palatalardan birinə soxularaq hamilə qadınlardan birinin rəfiqəsinə başından xəsarət yetiriblər.
Onlar hadisə yerinə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilərək 29-cu Polis Bölməsinə aprılıblar.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır. Araşdırmalar zamanı onların əməlində cinayət tərkibi müəyyən olunarsa barələrində həbs-qəti imkan tədbiri seçilə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?