Nazirlər Kabineti "Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişikliklər edib.
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliklər şalban, odun, budaq, çırpı bağlamaları və ya analoji formalarda yanacaq oduncağının və digər meşə materiallarının ixracına görə gömrük rüsumları (hər bir kubmetrə min ABŞ dolları) tətbiqini nəzərdə tutur.
Bu qərar dərc edildiyi gündən 30 gün sonra - aprelin 27-dən qüvvəyə minəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?