Təhsil Nazirliyinin əməkdaşları vəzifələrindən azad ediliblər.
Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri ilə bağlı olaraq yaradılan və funksiyalarına Nazirliyə daxil olmuş müraciətlər əsasında araşdırmaların aparılması həvalə edilmiş Daxili nəzarət şöbəsi tərəfindən hazırda bir sıra şikayətlər nəzərdən keçirilir. Təhsil Nazirliyindən verilən məlumata görə, aparılmış daxili araşdırmalar nəticəsində aşağıdakı faktlar aşkarlanmış və müvafiq tədbirlər görülmüşdür:
Vətəndaş M.Kazımovun müraciəti əsasında aparılan araşdırma zamanı şagirdlərin 1-ci sinifə qəbulu ilə bağlı prosedur qaydalarının kobud pozuntusuna görə Suraxanı rayonunda yerləşən 270 nömrəli məktəbin direktoru Talıb Rəhimov vəzifəsindən azad olunmuşdur.
Vətəndaş N.Eyvazlının müraciəti əsasında daxili işlər orqanlarına arayışın təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmuş Təhsil Nazirliyinin mühafizə polisinin əməkdaşı və Xaricdə Şagird, Tələbə, Aspirant və Staj keçənləri iş üzrə Şura Katibliyin bir əməkdaşı tutduqları vəzifədən azad olunmuşlar.
Vətəndaş A.Ağabəyovun müraciəti əsasında aparılmış araşdırma zamanı qulluq mövqeyindən sui-istfadə edərək tədrisdə yaranmış müvəffəqiyyətsizliklərin aradan qaldırılması üçün tələbələrə qeyri-qanuni yolla kömək göstərməyə çalışmış Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin Qiyabi şöbəsinin müdiri A.Quliyeva tutduğu vəzifədən azad olunmuş, həmin kollecin direktoru və direktor müavini aşağı vəzifəyə keçirilmişlər.
Təhsil sistemi ölkənin sosial və iqtisadi inkişafının mühüm elementlərindən biridir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyəti ölkə vətəndaşlarının təhsil alma hüquqlarının təmin edilməsinə yönəlmişdir. Təhsli Nazirliyinin əsas funksiyalarından biri təhsilin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi və vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarının qorunması məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaqdır. Bu baxımdan Təhsil Nazirliyi öz üzərinə düşən vəzifələrin həyata keçirilməsində sistemli yanaşmanı təmin edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?