GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Irana vərəm xəstəliyimi müalicə etdirmək üçün getmişəm"

"Irana vərəm xəstəliyimi müalicə etdirmək üçün getmişəm"

Tarix: 9-04-2017, 22:02 Bölmə :Ölkə Baxış: 449
"Irana vərəm xəstəliyimi müalicə etdirmək üçün getmişəm"

Ləğv edilmiş MTN-nin tutduğu vərəm xəstəsi günahsız olduğunu bildirdi
Narkotik vasitələrin qaunsuz dövriyyəsində təqsirli bilinən Lənkəran sakinləri - Ağasadıx Ağayev, Tünzalə Qasımzadə və Sara Mardanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, ki, Ağasadıx Ağayev şəxsiyyətləri müəyyən
edilməyən İran İslam Respublikası vətəndaşları ilə cinayət əlaqəsinə girib. O, İrandan Azərbaycan ərazisinə
qaçaqmalçılıq yolu ilə keçiriləcək külli miqdarda narkotik vasitəni əldə edib və satmaq barədə
sövdələşib, qabaqcadan əlbir olduğu həmin şəxslər və eləcə də bu məqsədlə əlbir olduqları Tünzalə Qasımzadə və Sara Mardanovdan ibarət qrup yaradıb.
Belə ki, Ağasadıx Ağayev 11 iyun 2015-ci il tarixdə İran İslam
Respublikasının Astara şəhərində şəxsiyyətləri müəyyən edilməyən İran vətəndaşları ilə narkotik
vasitələrin qanunsuz satışından qazanc əldə etmək barədə sövdələşib qabaqcadan əlbir olan bir qrup təşkil edib. O, axırıncılar tərəfindən Azərbaycana qaçaqmalçılıq yolu ilə
göndərəcəkləri külli miqdarda narkotik vasitələri ölkəmizin ərazisində qəbul edib və digər bir şəxsə satmaq üçün təhvil verilməsi barədə sövdələşib.
Aralarındakı razılaşmaya
əsasən qrupun İrandakı üzvləri müəyyən pul müqabilində narkotik vasitəni Azərbaycan
Respublikasına üzərində daşıyaraq gətirə biləcək şəxsi təşkil etmək üçün tanışları Sara Mardanovaya müraciət edib və onunla da qabaqcadan əlbir olublar. Sara Mardanova öz
növbəsində tanışı Tünzalə Qasımzadəni 1000 manat pul müqabilində İrana gedib və orada şəxsiyyətləri müəyyən edilməyən qrupun üzvlərindən külli miqdarda narkotik vasitəni
götürüb, üzərində daşıyıb, gizli olaraq Azərbaycan Respublikasına gətirməyə sövq edib.
Habelə axırıncı ilə bunun müqabilində ona ödəniləcək 1000 manat puldan ona 200 manat verməsini razılaşdırıb və bu barədə qrupun üzvlərinə məlumat verib.
Bundan sonra Tünzalə
Qasımzadə Sara Mardanovanın təhriki ilə qrupun İrandakı üzvləri ilə telefon əlaqəsi saxlayıb və narkotik vasitələrin qaçaqmalçılığını etməyə razılaşıb və aralarında müəyyən etdikləri rollara əsasən o, 12 iyun 2015-ci il tarixdə Azərbaycan Respublikası gömrük sərhədindən keçməklə İİR-
nın Astara şəhərinə gəlib və orada qrupun üzvlərinin ona verdiyi külli miqdarda, 300,43 qram olan narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq onlardan əldə edib. O, narkotik vasitəni 3 bükümə qablaşdırmaqla cinsiyyət orqanına yerləşdirərək gizlədib.
Tünzalə Qasımzadə 13 iyun 2015-ci il tarixdə, saat 12:48-də Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinə gətirib və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq edib və narkotik vasitəni ondan qəbul etməli olan Ağasadıx Ağayevə bu barədə məlumat verib. Onlar Lənkəran şəhəri ərazisində görüşməyi razılaşdıraraq bunun
üçün həmin narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq sərnişini olduğu “Mersedes-Benz” markalı 90-SM-839 dövlət qeydiyyat nişanlı taksi avtomobilində üzərində saxlayıb və Lənkəran şəhərinin “Samovar” dairəsi adlanan ərazisinə gətirib.
Tünzalə Qasımzadə qabaqcadan əlbir olduğu Ağasadıx Ağayevə narkotik vasitəni 900 manat pul müqabilində təhvil vermiklə satıb. Ağasadıx Ağayev isə ondan götürdüyü, yəni satış məqsədi ilə qanunsuz olaraq aldığı külli miqdarda narkotik vasitəni idarə etdiyi “VAZ 2107” markalı, 90-HD-515 dövlət qeydiyyat nişanlı avtomobilində yaşadığı Lənkəran rayonu, Göyşaban kəndindəki evinə gətirib. O, narkotik vasitəni bir plastik qaba yerləşdirməklə, evin zirzəmisində quma basdırıb.
Həmin gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə
bağlı Ağasadıx Ağayevin yaşadığı evə baxış keçirilib və qeyd olunan 300,43 qram narkotik vasitə hesab edilən heroin həmin yerdən aşkar edilərək götürülüb, Tünzalə Qasımzadə isə Salyan rayonu ərazisində yaxalanıb. Sonra isə Sara Mardanova həbs edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.1-ci, 206.3.2-ci, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 234.4.1-ci, 234.4.2-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə), 32.4-cü (iştirakçılıq) maddələri ilə ittiham ediliblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağasadıx Ağayev 8 il, Tünzalə Qasımzadə 8 il 6 ay, Sara Mardanova isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bir neçə ay əvvəl Tünzalə Qasımzadə və Sara Mardanova tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə və dövlət ittihamçısı Tofiq Mirzəyev tərəfindən verilmiş apelyasiya protestinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Həmin vaxt hakim kollegiyası hər iki qadının şərti cəza alması barədə şikayətləri təmin edilməyib.
Amma prokurorun protesti qismən təmin edilib. Hökmdən
Tünzalə Qasımzadədən götürülmüş və Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə təhvil verilmiş olan 900 manat məbləğində pulun onun sahibi olan Ağasadıx Ağayevin ailə üzvlərinə qaytarılmasına dair müddəalar xaric edilib. Həmin pul məbləğinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə olunub. Apelyasiya protesti cəzanın ağırlaşdırılması hissəsində təmin edilməyib.
Ağasadıx Ağayevin apelyasiya şikayətinə isə ayrıca icraatda baxılıb. Şirvan Apelyasiya Məhkəməsində, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə Ağasadıx Ağayevin apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Ağasadıx Ağayev bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ona münasibətdə doğru olmayıb. O, barəsində aşağı həddə cəza təyin edlməsini və 900 manat pulun onun ailəsinə qaytarılmasını xahiş edib.
Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ailəli olmaqla 4 övladı və 6 nəvəsi
var: "22 ildir ki, ağır vərəm xəstəsiyəm və 2-ci qrup əliləm. İbtidai istintaq və birinci instansiya məhkəməsində öz cinayətimi etiraf etmişəm və törətdiyim cinayətə görə səmimi peşiman olduğumu bildirmişəm. Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə özümü təqsirli bilmirəm. Ona görə ki, narkotiki
könüllü təhvil vermişəm və narkotiki Lənkəran şəhəri Samovar deyilən dairədə dostum Fərhadın dediyi Qasımzadə Tünzalə Hüseyn qızından təhvil almışam, ona doqquz yüz manat vermişəm. Sərhəd pozuntusuna yol verməmişəm, 11 iyun 2015-ci ildə İran İslam Respublikasının Astara şəhərinə vərəm xəstəliyimi müalicə etdirmək üçün getmişəm".
Təqsirləndirilən şəxs və onun vəkili verilmiş olan apelyasiya şikayətinin təmin edilməsini istəyiblər. Sonra çıxəş edən prokuror apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib. O, apelyasiya şikayətinin təmin edilməməsini istəyib.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Yeni hökmə əsasən, Ağasadıx Ağayevin cəzası 6 il 6 aya endirilib. Hökm qalan hissədə dəyişdirilməyib.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MTN Azərbaycanda 11 narkotaciri yaxaladı

    MTN Azərbaycanda 11 narkotaciri yaxaladı ...

    1-05-2013, 16:08

  • 
  • İrandan narkotik gətirənlərə cəza verildi

    İrandan narkotik gətirənlərə cəza verildi ...

    22-07-2015, 13:56

  • 
  • MTN-dən növbəti narkotika əməliyyatı

    MTN-dən növbəti narkotika əməliyyatı ...

    25-09-2014, 15:12

  • 
  • İrandan narkotik gətirənin şikayəti təmin edilmədi

    İrandan narkotik gətirənin şikayəti təmin edilmədi ...

    15-09-2016, 12:32

  • 
  • MTN-dən qəfil əməliyyat

    MTN-dən qəfil əməliyyat ...

    17-12-2014, 23:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu