Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xanım Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, ötən ilin sentyabrında Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı Axel Güntel Gülbeztin evindən 6000 avro pul oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı Xanım Məmmədova tutulub. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Xanım Məmmədova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?