GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Oliqarxlar “kasıblayıb”, Bakıda bahalı ağacları alan yoxdur…

Oliqarxlar “kasıblayıb”, Bakıda bahalı ağacları alan yoxdur…

Tarix: 10-04-2017, 11:11 Bölmə :Ölkə Baxış: 419
Oliqarxlar “kasıblayıb”, Bakıda bahalı ağacları alan yoxdur…

Yazın gəlişi həm də yaşıllaşdırma, ağac əkmək, bağ salmaq, Bakıda isə şəhərətrafı villaların həyətlərinə yaraşıq verən cürbəcür ağacların, o cümlədən xaricdən gətirilən ekzotik meyvə və bəzək ağaclarının əkilməsi dövrüdür. Elə buna görə də, mart-aprel aylarında ağac tingləri və bitki növlərinin topdan və pərakəndə satış məntəqələrində canlanma başlayır. Lakin belə görünür ki, iqtisadi vəziyyət bu sahədən də yan keçməyib - neft bumu dövründə Bakı zənginləri dəyəri minlərlə manatdan on minlərlə manata qədər çatan cürbəcür ağaclar əkirdisə hazırda belə ağaclara tələbat kəskin azalıb.
Belə ki, dolların manata nisbətən bahalaşmasından sonra xaricdən ağac tingləri və bitki növlərinin gətirilməsi azalıb. Hazırda isə daha çox yerli, ucuz ağac növlərinə təlabat var.
“Gündəm Xəbər” bildirir ki, bunu virtualaz.org-un əməkdaşları ilə söhbətində satıcılar da təsdiqləyib. Jurnalistlərin topdansatış məntəqələrində apardığı müşahidələrə əsasən, xaricdən gətirilən ağac və bitkilərin alıcıları azalıb.

Oliqarxlar “kasıblayıb”, Bakıda bahalı ağacları alan yoxdur…

14 min manata İran xurması
Zabratda yerləşən ağac tinglərinin topdan və pərakəndə satış məntəqəsində İtaliya, İspaniya və Türkiyədən gətirilən ağac tingləri satılır. Ən bahalı ağac isə İran xurmasıdır. Satıcı Elsəver Ağayev deyir ki, Zabratdakı villaların birinə İran xurması ağacı satıblar, ağac bu il bar verib. “Hazırda İran xurması ağacının qiyməti 14 min manatdır. Çünki bu ağac çox nadir və qiymətlidir. Son 2 ildə isə bu cür bahalı ağac sata bilməmişik”, - E.Ağayev söyləyir.

Oliqarxlar “kasıblayıb”, Bakıda bahalı ağacları alan yoxdur…

İran xurması ağacı xüsusi qulluq tələb edir. Satıcı deyir ki, qışda ağacı don vurmamaq üçün xüsusi temperaturda saxlayan cihazlardan, dərmanlardan istifadə edilir. Bu isə qiymətlərə təsir edir. Amma alıcı olarsa, ağacın qiymətini endirmək mümkündür. İtaliyadan gətirilən ağ şam isə 3500 manata satılır. Son 2-3 ildə bu ağacın da alıcısı yoxdur. Satıcı deyir ki, əvvəllər villa sahiblərinin əksəriyyəti bir-biri ilə rəqabət aparırdı, 5-6 ağ şam, ardıc, palma əkməyənin həyəti gözəl hesab edilmirdi. İndi isə bu ağaclardan alan yoxdur. Ağ şam da baxım tələb edir. Ardıc isə daha çox Rusiyada olur. Amma Rusiya bu ağacın satışı ilə məşğul olmur, Azərbaycana bu ağaclar əsasən İtaliyadan gətirilir. Ötən il gətirilən kameliya ağacı isə hazırda 800 manata satılır.

Oliqarxlar “kasıblayıb”, Bakıda bahalı ağacları alan yoxdur…

Elsevər Ağayevin sözlərinə görə, avro bahalaşandan sonra İtaliyada bu ağacın qiyməti 900-1000 manatadək qalxıb. Üstəlik, ağacların daşınması, ölkəyə gətirilməsi əlavə xərc tələb edir. Buna görə də, daha kameliya gətirmək sərf etmir. “Kalian ağacının qiyməti 350 manatdan 500 manatadəkdir. Fortuniya hazırda satışda 700 manatadır. Bu il isə İtaliyada fortuniya 850 manata təklif edilir. Ağac tingləri, bitkilər gəmi vasitəsilə Türkiyəyə, oradan isə tırlarla Azərbaycana daşınır. Buna görə də, bu ağacın qiyməti gələn mövsüm baha olacaq”, - satıcı əlavə edir.

Daha palma alan yoxdur, zeytun isə…
Zabratdan Məhəmmədi kəndinə qədər yol kənarında palma ağaclarının satışına rast gəlirik. Bəzi məntəqələrdə palma ağaclarının quruduğu da görünür. Satıcı Həsən Məmmədov deyir ki, palma ağaclarının qiyməti 150 manatdan başlayır. Amma satışda 3000 manatlıq palma da var: “Bu il bir dənə də olsa palma sata bilməmişik. Halbuki əvvəl bu ağaclardan mövsümdə 10-15-ini satırdıq. Çoxları palmanın vaxtından tez quruduğunu deyirlər. Ağaclar qulluq, zəhmət tələb edir”.
Satışda 2000-2500 manata zeytun ağacları da var. Zeytun ağacları əsasən Türkiyədən gətirilir və yerli mühitə tez uyğunlaşdırılır. Amma zeytun ağaclarının satışı da zəifləyib.
Bu ildən İrandan ağac gətirənlərin sayı azalıb. Satıcılar deyirlər ki, İrandan gətirilən ağaclar mühitə uyğunlaşmır, bundan əlavə, baha başa gələn İran ağaclarındansa yerli ağac tingləri daha sərfəlidir. Üstəlik, indi bağ sahibləri daha çox yerli küknar və meyvə ağacları sifariş verirlər. Villa sahibləri belə bahalı ağaclardan imtina edirlər.

Bərdə küknarı, Masallı söyüdü…
Bəs yerli ağac tingləri neçəyə başa gəlir? Beləliklə, qiymətləri təqdim edirik.
Yerli küknar ağacları daha çox Bərdədən gətirilir. Hazırda 3 manatdan 25 manatadək yolka tingləri satılır.
Masallıdan gətirilən söyüd tingləri - 25-50 manat
Yasəmən - 30-100 manat
Qızılgül – 5-10 manat
Şam ağacı – 3-10 manat
Eldar şamı – 10-15 manat
Limon – 25-40 manat
Şaftalı - 3-5 manat
Nar - 5-7 manat
Tut - 4-5 manat
Armud - 3-5 manat
Alça - 10-25 manat

Məhəmmədi kəndindəki ağac tingləri satış məntəqəsinin satıcısı Nurlan deyir ki, meyvə ağacları ucuzlaşıb: “Bu il söyüd və meyvə ağaclarına təlabat var. Meyvə ağacları əsasən Bərdə, Quba, Zaqatala və Bakı kəndlərindən gətirilir. Alıcılar daha çox şaftalı, nar və alma ağaclarına üstünlük verirlər”.
Digər satıcılar kimi Nurlan da alıcı qıtlığından şikayətçidir. Amma alıcıların şikayətçi olduğu daha bir məsələ də var. Əksər ərazilərdə nəzarətçilər olsa da, gecələr ağaclar oğurlanır. Satıcılar deyirlər ki, nə sirrdirsə, daha çox 3-5 manatlıq meyvə ağacları yoxa çıxır.
Ülviyyə Xudiyeva
Foto Samirə Həsnovanındır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda növbəti “ağac qətliamı”...

    Bakıda növbəti “ağac qətliamı”... ...

    4-09-2014, 19:52

  • 
  • Deputat Leyla Abdullayeva ağac qətliamına şərik olub?

    Deputat Leyla Abdullayeva ağac qətliamına şərik ...

    22-08-2014, 12:01

  • 
  • Nazirlik ağac terroruna izn verib - İddia/Video

    Nazirlik ağac terroruna izn verib - İddia/Video ...

    15-12-2013, 15:48

  • 
  • AMEA Nəbatat Bağında ağac kəsintisini təkzib edir

    AMEA Nəbatat Bağında ağac kəsintisini təkzib edir ...

    10-04-2014, 10:41

  • 
  • Azərbaycanda nadir ağaclar kəsilir

    Azərbaycanda nadir ağaclar kəsilir ...

    13-08-2013, 01:00


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu