GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nobel qardaşlarının Bakı xəyanəti

Nobel qardaşlarının Bakı xəyanəti

Tarix: 19-05-2013, 14:26 Bölmə :Ölkə Baxış: 1 153
Nobel qardaşlarının Bakı xəyanəti
Və ya Xaç suyundan keçirilmiş çirkli pullar

Son illər Nobel mükafatları daha çox qalmaqallarla, tənqidi münasibətlə yadda qalmır.Bu səbəbdən 2009-cu ildə "Nobel sülh mükafatı"na ABŞ-ın yeni dövlət başçısı Barak Hüseyn Obamanın layiq görülməsi, Fredrik S. Heffermehlin "Nobel mükafatı getdikcə məqsədini itirməkdədir" şəkilində dilə gətirdiyi etirazının nə qədər yerində olduğunu təsdiqlədi.
Nobel mükafatı – Alferd Nobelin 27 noyabr 1895-ci il tarixində imzalanan, 30 dekabr 1896 ilində Stokholumda bəyan edilən vəsiyyətnaməsi ilə təsis edilən fondun "insanlığa xidmət edənlərin mükafatlandırılması" məqsədi daşıyan nüfüzlü mükafatının ümumi adıdır. İlk Nobel mükafatları 1901-ci ildə verilib. Başlanğıcda "fizika", "kimya" və "tibb" sahəsində fərqlənən elm adamlarına verilən Nobel mükafatının sayı daha sonra "ədəbiyyat", "sülh", "filologiya" da daxil olmaqla altıya çatdırılmış, 1969-cu ildə isə İsveş Bankı Alferd Nobelin xatirəsinə mükafatlar sırasına "iqtisad" elmini də əlavə etmişdi. 2009-cu il 10- dakabr tarixində 108-ci dəfə sahiblərini tapan Nobel mükafatlarının tarixinə baxdıqda, mükafatların verilməsində əsas şərt olan "insanlığa xidmət" anlayışının da xeyli dəyişdiyi nəzərə çarpır.

Bir kəlmənin əhatə dairəsi

"Randevu"- fransız mənşəyli sözdür. Mənası "əvvəlcədən müəyyənləşdirilmiş bir məsələ barəsində danışmaq üçün təyin edilmiş görüş" deməkdir. Məqsəd və məramı əvvəlcədən təyin edilən bu kəlmə indi daha çox Nobel mükafatlarına uyğun gəlməkdədir. Çünki 2008-də "Nobel mirası" adlı kitabı ilə böyük qalmaqallara səbəb olan Norveç Sülh Konqresinin fəxri prezdenti Fredrik S. Heffermehlin də qeyd etdiyi kimi, Nobel mükafatları artıq çoxdan "məqsədlərini aşmışdır". Haqqında xeyli rüşvət xəbərlərinin çıxdığı, amerikalı bir silah şirkətinin Nobel mükafatlarının sponsoru olması, Nobel komitəsinin Norveç parlamentindəki partiyalara əmanət edilməsi Heffermehlin "mükafatların təməl niyyəti dəyişdirilib" söyləməsinin heç də əsassız olmamasını göstərir.

Dinamitdən neftə gedən yol

Nobel mükafatlarının təsisçisi olan Alferd Nobel (1833-1896) İsveç əsilli kimyagər, mühəndis olmuş və elm dünyasında dinamiti kəşf etməklə məşhurdur. Uşaqlıq illəri çətinliklərlə keçən Alferd, Nobel qardaşlarının üçüncüsü hesab edilir. Ata İmmanuel Nobel müflisləşmiş bir iş adamı hesab edildiyindən ailəsini dolandırmaq üçün 1837-ci ildə Finlandiyaya, 1842-ci ildə isə Sankt Peterburqa köç etmişdir. Burada bir emalatxana açan ata Nobel, qısa müddətə yenidən imkanını yaxşılaşdırmış və çar ordusunun silah istehsalçısına çevrilmişdi.
Maliyyə vəziyyətinin düzəlməsi, Nobel qardaşlarının yüksək səviyyədə təhsil almasına səbəb olmuşdur. Alfred Nobel 17 yaşına çatanda isveçcə, rusca, fransızca, ingiliscə və almanca mükəmməl şəkildə danışırdı.Kimya mühəndisi olmaq üçün İsveç, Almaniya, Fransa və ABŞ-da təhsil alan Alfred, Parisdə məşhur kimyagər T.J. Pelouzinin laboratoriyasında çalışmışdır. Burada güclü partlayıcı hesab edilən "nitroqliserin"i icad edən İtaliyalı Askanio Sobrero ilə yaxın əlaqələr qurmuş və bu dostluq dinamitin kəşfi yolunda Alferdə yardımçı olmuşdur.
Amma 1852-ci ildə Alferd ailəsi tərəfindən geri çağırılır və Krım müharibəsi sonrası rus ordusunun silah sifarişlərini dayandırması səbəbindən atası bir daha iflasa uğrayır. Ata Nobel Alferd və Emil adlı iki oğlu ilə Stokholuma qayıdarkən, Robert və Ludviq adlı iki oğlu Sank Peterburqda qalırlar.
Nitroqliserin partlayıcısı üzərində çalışmalarını Stokholumda davam etdirən Alfred burada bir qəzaya düçar olmuş və emalatxanada meydana gələn partlayış qardaşı Emilin ölümü ilə nəticələnmişdi. Alfred 1864-cu ildə dinamiti kəşf edənə qədər dəfələrlə belə partalayışlar baş vermiş, ancaq o, inadından dönməmişdi. 1877-ci ildə "balistit" barıtını, 1879-cu ildə "tüstüsüz barıt"ı kəşf etmişdir. Bu illər ərzində bir siyasi hadisənin və məhkəmə davalarının içində yer alan Alfred 1896-cı ildə San-Remoda (İtaliya) beyin iflici nəticəsində ölmüşdür. Vəfatı zamanı 33.200.00 kronluq sərvətini Nobel mükafatlarının təsis edilmədi üçün vəziyyət etmişdir.
Nobel qardaşlarının Rusiyada qalanları isə Bakıya üz tutmuş və iri neft sərmayədarlarına çevrilmişdir. Kimya sahəsində əldə edilən ilk elmi nailiyyətləri iqtisadiyyata tətbiq etmiş "Bakılı" Nobel qardaşları qısa müddətdə dünyanın ən böyük neft kapitalistlərinə çevrilmişdilər. 19 -əsrin axırlarında dünya neft sənayesinin beyni Bakı idisə, Nobel qardaşları da neftin kralları hesab edilirdilər.

Kirli elm adamı

İlk dəfə 1901-ci ildə verilən Nobel mükafatlarının mənbəyini Alferd Nobel dinamiti kəşf etdikdən sonra bunu bir-biri ilə müharibə aparan Avropa dövlətlərinə sataraq qazandığı milyonlar təşkil etməkdədir. Buna görə, kimyagər Alferd həyatının son illərində müharibələrin arxasında qurulan gizli ittifaqların "kirli elm adamı" adını almışdır.
O, bu məqsədlə Fransaya qarşı yaradılan ittifaqda İtaliya ilə gizli danışıqlar aparmış, varlanmaq üçün Avropada "müharibə" anlayışını daima canlı tutmuşdur.
Alferdə görə, "müharibə- ən karli ticarətdir". Dünya neft sənaeysində ortaya çıxan 1899-1903-cü illər böhranının gizli səbəbkarları arasında neft milyarderi Nobel qardaşlarının da adlarının keçməsi heç əbəs deyil. Buna görə də bəzi humanistlər Nobel mükafatlarını "xaç suyundan keçirilmiş kirli pullar" adlandırırlar.
1946-ci ildən etibarən Nobel mükafatları ilə ədəbiyyat, fizika, kimya, fiziologiya, tibb,sülh sahəsində seçilən və nailiyyət göstərən elm, düşüncə və siyasət adamları təltif edilir. Fizika və kimya mükafatları – İsveç Kral Akademiyası, tibb və fiziologiya mükafatları- Stokholm Karolinska İnstitutu, ədəbiyyat mükafatları- İsveç Akademiyası, sülh mükafatları isə Norveç parlamenti tərəfindən seçilən beş nəfərlik komissiya tərəfindən müəyyənləşdirilir.
Nobel ədəbiyyat mükafatı üçün son bir neçə ilin ən güclü namizədləri hesab edilən suriyalı şair Adoniz ilə əl-cəzirəli yazıçı Asca Cəbar isə ümidlərini sonraki illərə saxlamalı oldular. 2006- ildə bu mükafatı Türküyəli yazıçı Orxan Pamuk almış və ölkəsində böyük tənqidlərin, qalmaqalların hədəfinə çevrilmişdi.

Qərbin ikili standartı


Azərbaycan neftinin hesabına toplanmış sərvətlərdən Bakıda qırğın törətmiş insana Nobel mükafatının verilməsi isə bu mükafatın ədalətsizliyinin pik nöqtəsidir. Söhbət keçmiş sovet lideri Mixail Qorbaçovun Nobel mükafatına layiq görülməsindən gedir. Aparılan siyasi təhlillər, Azərbaycanın hüquq mühafizə orqanlarının istintaq tədbirləri 20 Yanvar faciəsinin əsas günahkarının keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun olduğu aydınlaşmışdır. Əli yüzlərlə azərbaycanlının qanına batmış bir adama Nobel sülh mükafatının verilməsi ilə bağlı qəbul olunmuş qərar çox ədalətsiz qərardır. Nobel qardaşları Bakıda Azərbaycan neftinin hesabına sərvət toplamışlar. Bakı nefti hesabına toplanmış sərvətin hesabına təsis olunan mükafatın təxminən yüz il sonra Bakıda insanları qətlə yetirmiş insana verilməsi barədə qərar Nobel Mükafatı Komitəsinə hörmət gətirməz.
M.Qorbaçov təkcə Bakıda deyil, Gürcüstanda, Tacikistanda, Baltikyanı respublikalarda da insanların güllələnməsinə əmr vermiş və qan tökülməsinə səbəb olmuşdur. Ona görə də Nobel Mükafatı Komitəsi öz qərarına yenidən baxmalı və M.Qorbaçova verilmiş mükafat geri alınmalıdır. Amma buna ümüd etmək sadəlöhvlük olardı və elə tək bu fakt Qərbin Azərbaycana hansı səmimiyyətlə yanaşdığını ortaya qoyur.

Çingiz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu ilin Nobel mükafatları sahiblərinə təqdim olundu

    Bu ilin Nobel mükafatları sahiblərinə təqdim ...

    10-12-2013, 23:04

  • 
  • Bu gün Nobel mükafatları təqdim olunacaq

    Bu gün Nobel mükafatları təqdim olunacaq ...

    7-10-2013, 12:38

  • 
  • Əkrəm Əylisli Nobel Sülh Mükafatı haqda danışdı: "...tələsməyək"

    Əkrəm Əylisli Nobel Sülh Mükafatı haqda danışdı: ...

    10-10-2014, 11:31

  • 
  • İqtisadiyyat üzrə Nobeli də fransız aldı

    İqtisadiyyat üzrə Nobeli də fransız aldı ...

    13-10-2014, 17:05

  • 
  • Nobel mükafatı almış yeganə azərbaycanlı

    Nobel mükafatı almış yeganə azərbaycanlı ...

    17-11-2013, 10:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu