HƏMİN QIZIN MÜBARİZ MƏSİMOVLA ƏLAQƏLƏRİ; BİZNESMEN, YOXSA CADUGƏR? Məşhur futbolçu, Rusiya yığmasının keçmiş kapitanı Andrey Arşavinin azərbaycanlı sevgilisi ilə münasibətləri deyəsən, artıq evlənmək həddinə çatıb. Ukraynanın from-ua.com saytı xəbər verir ki, vətəndaşlıq nikahında olduğu keçmiş arvadından ayrılan və yeni məhəbbət macərası yaşayan Arşavin azərbaycanlı sevgilisi ilə Londondakı stadionlardan birində təsadüfən fotokameraların obyektivinə düşüb. Cütlük stadiona basketbol üzrə Avropa Liqasının “Real Madrid”-“Barselona” yarımfinal qarşılaşmasına baxmaq üçün gedibmiş. Sayt xəbər verir ki, məşhur futbolçunun azərbaycanlı sevgilisi ölkədə olduqca tanınmış bir şəxsin qızıdır. Məlumatdan belə anlaşılır ki, xanım əvvəllər varlı bir iş adamının həyat yoldaşı olub. Elə özü də bizneslə məşğuldur. Onun idman sənayesində uğur qazandığı deyilir. Məlumata görə, azərbaycanlı xanımın keçmiş ərindən bir oğlu var. Arşavin isə 3 uşaq atasıdır. Keçmiş həyat yoldaşı Yuliya ilə ayrıldıqdan sonra uşaqlarını anasının yanında böyüdür.
Bu gün Rusiyanın “Ekspres-qazeta” nəşrinə açıqlamasında futbolçunun nənəsi sərt danışıb. O bildirib ki, həmin azərbaycanlı qız onun nəvəsinə cadu etdirib. Ona görə də, futbolçu uşaqlarını atıb, onun yanına gedib.
7d.org.ua saytının yazdığına görə isə adı açıqlanmayan həmin qadın Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovla dostdur. Mənsimovu neft oliqarxı kimi təqdim edən sayt yazır ki, İngiltərə “Arsenal”ının keçmiş oyunçusunu oliqarxın sahibi olduğu kluba keçməsi üçün danışıqlar gedir. Mənsimov Arşavinin ilinə 2 milyon dollar ödəməyə hazırdır. Keçiddə vasitəçi isə təbii ki həmin xanımdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?