Ötən gün axşam saatlarında tanınmış meyxanaçı Sadıx Musatafyevin sürücüsünü döyüblər.
Bu barədə məlumatı meyxanaçı özü verib. O bildirib ki, sürücüsü Əli Paşa oğlu Zülfəliyev Nəqliyat Nazirliyinin 6 işçisi tərəfindən döyülüb. Hazırda meyxanaçının sürücüsü Musa Nağıyev adına xəstəxanada müayinə olunur.
Döyülən sürücü hadisə ilə bağlı bunları deyib: “Mən "Shagman" markalı 90-jp-263 dövlət nömrə nişanlı maşınla gəlirdim. Nəqliyyat işçiləri məni saxlayaraq qəbz tələb etdilər. Heç nə soruşmadan idarə etdiyim yük maşınının nömrəsinin qırdılar. Sual verdim ki, niyə belə edirsiz? Ondan sonra məni döyməyə başladılar, ətrafa insanlar yığışdığı üçün onlar bunu görüb avtomobillərinə əyləşib qaçdılar. Özümdə olmadığım üçün bir avtomobilin nömrəsini yadımda saxladım. Onlardan ikisi “Azsamand 90-AK- 716” dövlət nömrə nişanlı maşına minərək qaçdı. Digərlərini isə görə bilmədim”. Qeyd edək ki, həmin yük maşını meyxanaçıya məxsus olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?