GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Penitensiar Xidmətdə şok islahatlar gözlənilir

Penitensiar Xidmətdə şok islahatlar gözlənilir

Tarix: 28-05-2013, 16:54 Bölmə :Ölkə Baxış: 3 431
 Penitensiar Xidmətdə şok islahatlar gözlənilir
Mədət Quliyevlə müavini Hüseyn Əlixanovun yeri dəyişdiriləcək bilər; Cəzaçəkmə müəssisələrindəki xoşagəlməz vəziyyət general-leytenanta öz təsirini göstərir
Son günlər cəzaçəkmə müəssisələrində davamlı olaraq müxtəlif problemlərin meydana gəlməsi bütün diqqətləri Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevə yönəldib. Məlumat üçün qeyd edək ki, təkcə son bir ayda müxtəlif cəzaçəkmə müəssisələrində məhbuslara işgəncə verilməsi faktları üzə çıxıb və buna görə həmin həbsxanaların rəisləri dəyişdirilib. Bir neçə gün öncə 17 saylı cəzaçəkmə müəssisəsində də daxili nizam-intizam qaydaları pozulmuşdu.
Məlum olmuşdu ki, həbsxana rəhbərliyi tərəfindən məhbuslara qarşı qeyri-insani hərəkətlər edilib. Məsələ ictimailəşdiyi üçün xidmət rəisinin əmri ilə sözügedən müəssisənin rəisi Arif Mirzəyev sərəncama göndərildi. Onun yerinə isə Elçin Əlicanov rəis təyin olunub. O, bu posta 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin rəis müavini vəzifəsindən gətirilib. Bu haqda məlumat verən gundelik-baku.com saytı bildirir ki, Mədət Quliyev Penitensiar Xidmətə rəis təyin olunandan sonra burda bir neçə dəfə rəis dəyişikliyi baş verib. Belə ki, əvvəllər də 17 saylı həbsxanada məhbusların rəhbərliyə qarşı etirazı qeydə alınmış və rəis Ərşad Həsənov vəzifədən çıxarılmışdı. Bu hadisənin üstündən heç bir həftə ötmədi ki, xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində ölüm hadisəsi baş verdi. Binəqədi rayonu ərazisində yerləşən müəssisədə cəzaçəkən, 2004-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 13 il müddətinə azadlıqdan məhrum edilən 1955-ci il təvəllüdlü Hüseynov Novruz Məmməd oğlu qəfil ölüb. O, müəssisənin 2 saylı yataqxanasının dəhlizində qəfil yıxılıb və yerindəcə keçinib. Məhbusun hansı səbəblərdən həyatını itirməsi barədə mətbuata rəsmi açıqlama verilməsə də, qeyri-rəsmi məlumatlara görə, ölən şəxs dəfələrlə türmə rəhbərliyi tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Hadisənin əsl səbəbini bilmədiyimiz üçün bu haqda konkret bir şey söyləyə bilmərik. Rəsmi mənbələrdən əldə etdiyimiz bilgilər isə olduqca maraqlıdır. Məlumatlı şəxsin redaksiyamıza sızdırdığı xəbərlərə görə, Penitensiar Xidmət daxilində müşahidə olunan bütün hadisələr ölkə rəhbərliyi tərəfindən narahatlıqla qarşılanıb: "Xidmət rəisinin dəyişdirilməsi ilə bağlı təklif irəli sürülüb. Bunu deyən vəzifəli şəxslər xidmətin hazırkı rəhbərinin fəaliyyətinin qənaətedici olmadığını söyləyiblər. Müzakirədə iştirak edənlərin əksəriyyəti təklifi dəstəkləyiblər. Onlar Mədət Quliyevin yerinə başqasının gətirilməli olduğunu bildiriblər". Mənbənin iddiasına görə, xidmətin yeni rəisi postuna ən şanslı namizəd hazırda qurumda rəis müavini işləyən Hüseyn Əlixanovdur: "Ədliyyə sistemində böyük təcrübəyə malik olan müavinin rəis vəzifəsinə keçirilməsi ən real variantlardan biridir. İndiki rəis polis sistemindən bu vəzifəyə gəlibsə, müavin neçə illərdir ki, ədliyyə orqanlarında çalışır. Bu baxımdan ehtimalların həqiqətə çevrilməsi gözləniləndir. Digər tərəfdən, belə bir dəyişiklik gerçəkləşsə, rəis də müavin vəzifəsinə təyin edilə bilər". Qeyd edək ki, Əlixanov Hüseyn Ənvər oğlu 1953-cü ildə Quba rayonunda anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Hüquq-mühafizə orqanlarında əmək fəaliyyətinə 1981-ci ildən başlayıb. Bakı Şəhər Prokurorluğunun baş müstəntiqi, Gəncə şəhər prokuroru, Bakı şəhər prokurorluğunun daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Bakı şəhər prokurorunun birinci müavini vəzifələrində qulluq edib. 2004-cü ildən ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi təyin edilib. 2007-ci ildən Penitensiar Xidmətin rəis müavinidir. Ədliyyə general-mayorudur.
Elgün Sədalı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Mədət Quliyev məhbuslara işgəncə verdirir" – Elçin Behbudov

    "Mədət Quliyev məhbuslara işgəncə ...

    12-01-2014, 01:17

  • 
  • Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər verdi

    Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər ...

    19-11-2013, 11:35

  • 
  • Cəzaçəkmə müəssisəsində insident yaranıb - RƏSMİ

    Cəzaçəkmə müəssisəsində insident yaranıb - RƏSMİ ...

    22-12-2014, 21:32

  • 
  • Məhkumların özlərini  doğraması ilə bağlı açıqlama

    Məhkumların özlərini doğraması ilə bağlı açıqlama ...

    6-08-2013, 18:36

  • 
  • Mədət Quliyev: “Cəzaçəkmə müəssisələrində oğru ideyalarının inkişafına icazə vermirik”

    Mədət Quliyev: “Cəzaçəkmə müəssisələrində oğru ...

    12-12-2013, 12:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu