Azərbaycanlı ictimai-siyasi fəal, bloqqer Bəxtiyar Hacıyevin başına Yamaykada xoşagəlməz hadisə gəlib. Bu barədə o ,özü sosial şəbəkədəki səhifəsində yazıb. Statusu təqdim edirik:
"Son 3 günü turist kimi gəldiyim Yamaykada həbsxanada keçirdim. Hava limanında sərhədçi qadın Azərbaycan vətəndaşlarınını hava limanında viza almalı olduqlarını dedi və məni başqa otağa dəvət etdi. Mən də pasport və digər sənədləri verib gözlədim, qadın rüsum üçün nəqd pul və ya kart verməyimi istədi, kartımı verdim və gözlədim. Otağa girən-çıxan çox idi, qadın bayırda gözləməyimi istəyəndə, kredit kartımı geri istədim. Bunu xoşlamayan qadın sərhədçi "o zaman mən də sizə viza vermirəm" dedi və pasportuma möhür vurdu.
Bundan sonra Yamayka Milli Təhlükesizlik Nazirliyinin əməkdasları gəlib "sizi növbəti reysə qədər güvənli bir yerə aparmalıyıq" dedilər. Mən növbəti reysin 2 gün sonra Panamaya olduğunu, hava limanından kənara çıxmaq istəmədiyimi desəm də, məni məcburən şəhər mərkəzindəki "Horizon" adlı həbsxanaya gətirdilər. Orada mənimlə kriminallar kimi davranib, üstümü yoxlayib, saldılar həbsxana kamerasına. Nə qədər zəng, vəkil, su və s. tələb etsəm də, sözün əsl mənasında heyvan kimi davranıb, qulaqardına vurdular. Hətta bəziləri su istəyəndə gedib soyuducudan su götürür, gözümün qabağında içirdilər. Vəkil istəmişdim, bir rahibə çagırmışdılar ki, şikayətiini ona et.
Nəhayət, Panamaya reysimin bu gun olduğunu bilərək, həbsxana rəhbərliyinə bildirdim ki, mən bu gün uçmalıyam, uçmasam, əvvəldən alınmış başqa biletlərim də batır. Həbsxana rəhbərliyi vecinə də almırdı, deyirdilər, immiqrasiya idarəsi nə vaxt istəsə, onda da gəlib götürəcək səni. Nəhayət, həbsxanada qarşılaşdığım tək ağdərili həkimə məsələni izah etdim, dedi, səni çox yaxşı başa düşürəm, bu ölkə belədir. Öz tanişlarıma zəng edəcəm, buradan sonraki biletlərini göstərərək, çıxarsan. O,mənə qısa müddətlik internet təşkil etdi, mən həm biletləri çap etdim, həm də dostlara bu barədə məlumat verdim.
Yamaykada insanlıq görmədim, vəhşilik, heyvanlıq və əclaflıq gordum. Nə dövlət qurumlari arasında kommunikasiya var, nə sənədləşmə, nə insan huquqlarına hörmət. Hərə gəlir bloknotuna qələmlə nə isə yazır, gedir. O adam getdisə, ikincisinin məsələdən xəbəri olmur.
Şükür, indi o cəngəllikdən çıxmışam. Sabah Bogotaya gedəcəm, səhv xatırlamıramsa, orada konsulluğumuz olmalıdır. Həm ora, həm də qayıdanda rəsmi olaraq Xarici İşlər Nazirliyinə müraciət edəcəm, araşırsınlar ki, Azərbaycan vətəndaşına niyə viza verməyiblər, vermirlər, cəhənnəmə versinlər, bəs həbsxanaya niyə göndərirlər? Məncə, kimliyindən asılı olmayaraq, XIN Azərbaycan vətəndaşı ilə belə davranışı araşıdırmalı cavablarını verməlidir"./musavat.com/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?