Bir çox məhbuslar var ki, onlar nə qədər çətin və ağır olsa da həbsxanada da mübarizəni davam etdirirlər. Ölkədə və saxlandığı həbs yerində baş verən qanunsuzluğa, özbaşınalığa, korrupsiya hallarına qarşı susmur, mövqeyini ifadə edir. Belə məhbuslardan biri də 7gün.az saytının baş redaktoru, siyasi məhbus Cavid Şirəliyevdr. Polis əməkdaşlarının korrupsiya əməllərini ifşa etdiyinə görə 2014- cü ilin avqust ayında şərlənərək həbs olunan adı çəkilən şəxs 3 ildir ki, həbs həyatı yaşayır.
Özünün bildirdiyinə görə həbs olunan zaman ondan etirafedici ifadələrin alınması məqsədilə "bandotdel"- də ağır işgəncələrə məruz qalıb. Günlərlə döyülüb, ac- susuz saxlanılıb və ayaq dırnağı çıxarılıb. Bir neçə həftə öncə o, vəkili Behruz Bayramov vasitəsilə bu barədə ictimaiyyətə müraciət etmişdi. DİN Mətbuat Xidməti jurnalistin məlumatınız təkzib edərək polis bölmələrində həbs olunan şəxslərə işgəncə verilmədiyini bildirib (!?). Həbsdə olan Cavid Şirəliyev bu dəfə Daxili İşlər naziri Ramil Usubova müraciət edərək ona bir neçə sual ünvanlayıb və naziri saxlandığı 9 saylı "zon"- a dəvət edib. O, polis bölmələrində igşəncələrin olmadığına dair bəyanatla bağlı nazirdən soruşur;
"Cənab nazir, bəlkə deyəsiniz; 1) Tanınmış hüquqşünas Aslan Ismayilovun "Bandotdel"- də zorakılığa məruz qalması da böhtan xarakterlidir? 2) İlahiyyətçı Tale Bağırzadənin və dostlarının "Bandotdel"- də vəhşət saçan, dilə gətiriləsi mümkün olmayan amansız işgəncələrə məruz qalması yalandırmı? 3) Gənc fəal Qiyas İbrahimlinin anası ilə birgə yaşadığı bir otaqlı evinə heroin yerləşdirib, sonradan nümayişkəranə surətdə pokovnikin önündə diz çökdürülməsi cəhdini haraya yazaq? 4) "Azadlıq" qəzetinin baş redaktoru Ganimat Zayidovun qohumlarının mənzilində narkotik maddələr "aşkarlayanlar" bəlkə Mozambik polisləridir? 5) Kütləvi aksiyalar zamanı ahılı, uşağı, qadını yerlə sürüyən, onlara divan tutan Azərbaycan polisi deyilsə, bəs kimdir? 6) Peşə fəaliyyətini yerinə yetirən zaman polis dəyənəyi altında əzişdirilən, zorakalığa məruz qalan jurnalistlərin adlı siyahısını yenidən çap edəkmi? 7) Qusarda "Qarabulaq"- da kütləvi qəbristanlığın sahibi uzun illər Daxili İşlər Nazirliyində məsul vəzifədə çalışmış Hacı Məmmədovun olmasına bəlkə hələ də inanmırsınız? Və ya adam oğurluğu, reketçilik, soyğunçulqla məşğul olan polis orqanlarında çalışmış, təqsirli bilinərək uzun illərə məhkum olunan yüksək rütbə sahiblərinin adlarını yenidənmi sadalayaq? Mən bu sualların sayını çoxalda bilərəm. İnanıram ki, rəsmlər bu və buna bənzər sual dolu faktlar ətrafında düşünmək əvəzinə təkzib və ittiham xarakterli açıqlamaların sayını çoxaldacaqdır. Eyni zamanda "Bandotdel"- də ayaq barmaqlarımın dırnaqlarının çıxardılmasına, əl- qolumun bağlı şəkildə saatlarla işgəncə altında saxlanmağıma etinasız yanaşan Ramil Usubov, sizə səslənirəm: Əgər göstərdiyim hallara şübhə ilə yanaşırsınızsa, Sizi 9 saylı Cəzaçəkmə Müəssisəsinə dəvət edirəm. Gəlin, hələ də sağalmayan qara rəngli ayaq dırnaqlarımı əyani surətdə öz gözlərinizlə görün. Onda biləcəksiniz mən yalan danışıram, yoxsa əməkdaşlarınız!?"
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?