Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının Ağcabədi rayon təşkilatı dünən “Bahalaşmaya son qoyulsin!” tələb-şüarı ilə aksiya keçirtməyə cəhd etmişdi. Ancaq polis aksiyanın reallaşdırılmasına imkan verməmişdi.
Belə ki, dəbilqəli, dəyənəkli polis əməkdaşları aksiya iştirakçılarına çox sərt şəkildə müdaxilə edərək mitinqi dağıtmışdı. Aksiyanın dağıdılması zamanı Müsavat Partiyasının üzvləri Cavid Hacıbəyli, Rüfət Hacıbəyli və Bəxtiyar Türksoy polis tərəfindən saxlanılmışdılar.
Musavat.com-un əməkdaşı Cavanşir Abbasın verdiyi son məlumata görə, bu gün Cavid Hacıbəyli, Rüfət Hacıbəyli və Bəxtiyar Türksoy məhkəmə qarşısına çıxarılıblar. Məhkəmənin qərarıyla Rüfət Hacıbəyli və Bəxtiyar Türksoya 7 sutkalıq həbs hökmü çıxarılıb. Cavid Hacıbəyli barədə hansı qərarın çıxarılması hələlik məlum deyil.
Bu barədə məlumatları dəqiqləşdirdikdən sonra əlavə xəbər veriləcək.
Sorğu
Yeni dizaynımız necədir?