Nöqsanların aradan qaldırılması ilə bağlı Daxili İşlər Nazirinə müraciət olunub
Hadisə Milli Preventiv Qrupunun üzvləri Biləsuvar və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə başçəkmələr həyata keçiriblər. ANS PRESS-in Ombudsman Aparatının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qrup üzvləri Daxili İşlər Nazirliyinin Biləsuvar və Salyan rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərinə planlı başçəkmələr həyata keçirib. Qrup üzvləri burada saxlanılan şəxslərlə görüşüb, onlara hüquqlarını izah ediblər.
müvəqqəti saxlanma yerlərində saxlanılan şəxslər rəftarla və saxlanılma şəraiti ilə bağlı şikayət etməyiblər. Eyni zamanda, Salyan rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində araşdırma zamanı bəzi nöqsanlar, o cümlədən sənədləşmə ilə bağlı çatışmazlıqlar aşkar olunub.
Ombudsman tərəfindən başçəkmələrin nəticələri və nöqsanların aradan qaldırılması ilə bağlı daxili işlər nazirinə müraciət olunub.
Sorğu
Yeni dizaynımız necədir?