İsveçdə Azərbaycanın Respublika Günü təntənəli şəkildə qeyd olunub. Mayın 27-də Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Stokholmun ən qədim mədəniyyət məkanı sayılan “Södra Teatren” teatrında iki hissəli mərasim təşkil olunub.
Avrasiyanın ən böyük telekommunikasiya şirkəti olan TeliaSonera tərəfindən dəstəklənən bu tədbirdə İsveçdə akkreditə olunmuş diplomatik korpus, dövlət məmurları, parlament üzvləri Nobel ailəsinin üzvləri ziyalılar, diaspora fəalları dəvət olunublar. 28 May Respublika Günü münasibətilə keçirilən tədbirin ikinci hissəsində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Dövlət Akademik Milli Dram Teatrının kollektivi çıxış edib. Azərbaycanlı aktyorların ifasında klassik dramaturq Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” tamaşası nümayiş etdirilib.
TeliaSonera Avrasiyada mobil rabitə sahəsində güclü mövqeyə malik qabaqcıl telekommunikasiya holdinqlərindən biridir. Azercell-in əsas təsisçisi olan TeliaSonera İsveç, Finlandiya, İspaniya, Türkiyə, Rusiya, Estoniya, Nepal və digər ölkələr kimi 20-dən çox ölkədə müəssisəsi mövcuddur. Şirkət ümumilikdə 460 milyondan çox əhaliyə xidmət göstərir. TeliaSonera bu günlərdə İsveçdə keçirilən populyar “Eurovision 2013” mahnı müsabiqəsinin Baş sponsoru kimi çıxış edirdi.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?