GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » 28 May - Respublika günü Londonda təntənəli şəkildə qeyd olunub

28 May - Respublika günü Londonda təntənəli şəkildə qeyd olunub

Tarix: 29-05-2016, 14:40 Bölmə :Siyasət Baxış: 0
28 May - Respublika günü Londonda təntənəli şəkildə qeyd olunub

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Londonda 28 May - Respublika Günü münasibətilə rəsmi ziyafət təşkil edib.

gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Britaniyanın dövlət və hökumət nümayəndələri, Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Britaniya ictimaiyyətinin, Azərbaycan və türk icmalarının nümayəndələri də mərasimə qatılıblar.

Əvvəlcə azərbaycanlı skripkaçı Səbinə Rakçayeva ifasında Azərbaycanın və Britaniyanın dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə 1918-ci ilin bu günündə Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini və müsəlman Şərqində ilk demokratik respublikanın ölkəmizdə qurulduğunu bildirib. Uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğu və ölkəmizin dünya birliyinin bərabərhüquqlu üzvünə çevrildiyi diqqətə çatdırılıb.

Ölkəmizin iqtisadi, sosial, siyasi münasibətlərindən danışan səfir Prezidentİlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq üzrə tanınmış mərkəzə çevrildiyini qeyd edib. Ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları ümumiləşdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə nail olmaq baxımından önəmi diqqətə çatdırılıb. Cari ilin aprelində Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirildiyi vurğulanıb.

Ölkəmizin bir çox mötəbər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran diplomat "Bakı-2015" birinci Avropa Oyunlarını və bu ilin iyununda paytaxtımızda keçiriləcək "Formula-1" yarışını nümunə kimi göstərib.

Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərdən söhbət açan T.Tağızadə xüsusilə enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi, hərbi, təhlükəsizlik məsələlərinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet olduğunu bildirib. O, Böyük Britaniya Baş nazirinin ticarət elçisinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfirinə fəaliyyətində uğurlar arzu edib.

Diplomat qeyd edib ki, artıq qeyri-enerji sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanlar mövcuddur. Hazırda Azərbaycanda qeyri-enerji və sənaye sahələrinin sürətli inkişafı diqqət mərkəzindir.

Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin bütün sahələrdə sürətlə genişləndiyini diqqətə çatdıran T.Tağızadə bu əlaqələrin inkişafına dəstək verən şəxslərin fəaliyyətinin əvəzedilməz olduğunu deyib. Birləşmiş Krallıqda professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan və Qafqaz bölgəsini öyrənən Britaniya Fondunun yaradılmasını və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə açılan sənət qalereyasını nümunə göstərib.

Britaniyada fəaliyyət göstərən İngiltərə-Azərbaycan Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti kimi təşkilatların əlaqələrimizin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edilib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri professor Nərgiz Paşayeva və Lord Germana, Avropa Azərbaycan Cəmiyyətinin rəhbəriTaleh Heydərova minnətdarlıq ifadə olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir ölkəmizin bu füsunkar guşəsinin 23 ildir işğal altında olduğunu deyib. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi, mədəniyyəti, təbiətinin heyrətamiz olduğunu vurğulayan T.Tağızadə məhz bu bölgəyə xas olan atlarla Britaniya Kraliçası IIElizabetin 90 illik yubiley tədbirlərində nümayiş etdirilən möhtəşəm şou haqqında danışıb.

Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem çıxış edərək ikitərəfli münasibətlərimizin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Britaniya Azərbaycanın ən böyük investorlarındandır. Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməyə böyük maraqları var. Cari ilin fevralında ayında Britaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclasında bütün sahələrdə əməkdaşlığın və gələcək perspektivlərin geniş müzakirə olunduğu vurğulanıb. Britaniya XİN rəsmisi əlaqələrimizin sadəcə enerji deyil, digər sahələrdə də sürətlə genişləndiyinin sevindirici hal olduğunu vurğulayıb. Bildirilib ki, Britaniya şirkətləri Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin təşkilatçılığında bu ölkə ilə sıx əməkdaşlıq edir. M.Tethem qeyd edib ki, münasibətlərimizin daha da inkişafı üçün böyük potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır.

Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Çavanşir Feyziyev ölkələrimizin parlamentlərarası münasibətlərindən danışıb. Bildirilib ki, Birləşmiş Krallıq Avropada Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ölkəmiz1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Britaniya ilə Azərbaycan parlamentləri arasındakı münasibətlər yeni mərhələsinə qədəm qoyub. Bütün sahələrdə olduğu kimi, parlamentlərarası münasibətlərimizin də bundan sonra daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Sonda tədbir iştirakçıları Azərbaycanın milli ornamentləri, suvenirləri ilə bəzədilmiş stendi ziyarət ediblər. Stendə ölkəmizin iqtisadi, sosial inkişafı və turizm imkanlarından bəhs edən kitablar da nümayiş olunub. Bundan başqa, Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə etdiyi sosial-iqtisadi nailiyyətlər barədə sənədli film nümayiş etdirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Birinci vitse-prezident Mehriban Əliyeva Milli Aviasiya Akademiyası və ADA Universitetinin Respublika Günü münasibətilə birgə tədbirində iştirak edib - FOTO

    Birinci vitse-prezident Mehriban Əliyeva Milli ...

    28-05-2017, 12:54

  • 
  • Prezident İlham Əliyev və xanımı Respublika Günü münasibətilə təşkil edilən rəsmi qəbulda iştirak ediblər

    Prezident İlham Əliyev və xanımı Respublika Günü ...

    26-05-2017, 13:46

  • 
  • 28 May Respublika Günü İsveçdə qeyd edilib

    28 May Respublika Günü İsveçdə qeyd edilib ...

    29-05-2013, 17:19

  • 
  • Leyla Əliyeva Çeçenistana qarşıdakı səfəri haqda

    Leyla Əliyeva Çeçenistana qarşıdakı səfəri haqda ...

    25-06-2019, 13:45

  • 
  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən tədbirdə iştirak edib - FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...

    5-06-2017, 15:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu